25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qurban Qurbanov: "İnanırıq ki, UEFA bizim xeyirimizə hansısa qərar qəbul edəcək”

"Azarkeşlərimiz həmişə "Qarabağ"ı layiqincə dəstəkləyib və komandanın yanında olub. Bu gün bizim 60 minlik stadionumuz da olsa, inanıram ki, o stadion tam dolacaq. Çünki "Qarabağ" bu gün həqiqətən azarkeşlərin rəğbətini qazanıb. Biz də çalışacağıq ki, uğurlu oyunlarımızı davam etdirək". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə açıqlamasında deyib.

Qurbanov UEFA-nın xeyirlərinə qərar qəbul edəcəyinə inandığını bildirib: "İnanırıq ki, fevral ayının 5-də UEFA bizim xeyirimizə hansısa qərar qəbul edəcək. Amma bu o demək deyil ki, bu qərar "Qarabağ"ın qrupdan çıxmasını və bizim növbəti mərhələdə oynamağımızı təmin edəcək. Çünki futbol tarixində hələ belə bir şey olmayıb”.

İlin məşqçisi seçilməsinə də münasibət bildirən təcrübəli mütəxəssis bunları deyib: "Keçən il də bu mükafata layiq görülmüşdüm. Bu dəfə isə mütləq səs çoxluğu ilə qalib gəldim. Bu isə mənim məşqçilik məsuliyyətimi daha da artırır. Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm".

Mükafatı peşəkar boksçu Fariz Məmmədovdan almasına da toxunan Q.Qurbanov deyib: "Fariz mənim uşqlıq dostumdur. Bu hədiyyəni mənə onun təqdim etməsi gözlənilməz oldu. İnanıram ki, gələcəkdə uğurlarımızın davamı gələcək və bizə dəstək olan bütün insanları  öz naliyyətlərimizlə sevindirəcəyik".

Mənbə: Qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30