25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran”dan baş məşqçi açıqlaması

“Xəzər Lənkəran” klubu rəsmi saytı vasitəsi ilə baş məşqçi postunda dəyişiklik edildiyini rəsmən bəyan edib. Futbolxeber.az klubun saytına yer alan açıqlamanı təqdim edir:

- "Xəzər Lənkəran" Futbol Klubunun baş məşqçisi Oğuz Çetin tutduğu vəzifədən istefa verib. Türk mütəxəssis bu qərarını klub rəhbərliyi ilə fasilə öncəsi keçirilən görüşdə açıqlayıb. Oğuz Çetinlə birlikdə onun korpusunda yer alan Mustafa Eskisoy və Murat Göksu da vəzifələrini tərk edib.

Klub Oğuz Çetinə və onun məşqçi korpusuna burada çalışdığı dövr ərzində etdiyi bütün xidmətlərə görə təşəkkürünü bildirir və hər bir məşqçiyə karyerasında uğurlar və nailiyyətlər arzulayır.

"Xəzər Lənkəran" FK bəyan edir ki, mövsümün sonuna qədər baş məşqçi vəzifəsinin müvəqqəti icrası əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədova həvalə olunur. Ona qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Eyni zamanda əvəzedici komandaya rəhbərlik Hafiz Əliyevə tapşırılır.

Digər təyinatlar, həmçinin komandanın yolları ayıracağı futbolçular haqqında məlumat yaxın zamanda veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30