19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Nizami Hacıyev: “Qarabağ”ı niyə dayandıra bilmirik ki?” (Müsahibə)

“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Futbolxeber.az saytına müsahibə verib.

- Son turda “İnter” Qəbələ səfərində 2 vacib xal itirdi. Xal itkisinin səbəbini nədə görürsən?

- Məncə, oyunumuz alınmadı. Matça çox ciddi hazırlaşmışdıq. Meydana yalnız yalnız qələbə üçün çıxmışdıq. Amma ilin son matçı idi, komandada bir qədər yorğunluq var idi. Həm də bəzi futbolçuların yeni ili düşündüklərinin də söyləmək olar. Bu da oyunumuza müəyyən dərəcədə təsir etdi. “Qəbələ” də yaxşı oynadı. Hətta qələbə də qazana bilərdilər.

- Son matçlarda “İnter” ikinci hissədə məğlubiyyətdən xilas olur. İlk yarıda komandanın hesabda geri düşməsinin səbəbi nədir?

- Yəqin ki, oyunlara yaxşı köklənə bilmirik. Həm də oyunu hissələrə bölmək düzgün deyil. Biz 90 dəqiqənin yekunu haqda danışırıq. Üstəlik, uduzmuruq. Rəqiblərimizin bizdən çox uzaqlaşmasına imkan vermirik. Yalnız “Qarabağ” 5 xal irəlidədir.

- Qeyd etdiyin kimi, “Qarabağ”la aranızdakı xal fərqi 5-dir. Fərqi aradan qaldırmaq mümkün olacaq?

- Əlbəttə. Niyə dayandıra bilmirik ki? Buna gücümüz çatır. “Qarabağ” yaxşı komandadır, amma məğlubedilməz deyil. Biz də meydana gəzməyə çıxmırıq. Yaxşı komandamız var, öz işimizi yerinə yetiririk. Hazırda “İnter”ə əsas rəqib “Qarabağ”dır. “Neftçi”ni məğlub etdik, qaldı “Qarabağ”. Onları da udub, öz məqsədimizə doğru irəliləməliyik.

- “Qəbələ” ilə oyunda meydana ikinci hissədə daxil oldun. Dərhal da azarkeşlərin təzyiqi ilə üzləşdin. Bu məqam oyununa təsir etdi?

- Azarkeşlərin öz fikri var, nə demələrinin də fərqi yoxdur. Yüz nəfərlə baş-başa gəlmək mümkün deyil. İnsan nə edirsə, sabah qarşısına çıxır. Onlara heç nə demək istəmirəm. Özləri bilər.

- Son iki oyunda start heyətindən çkənarda qalırsan. Bunun səbəbi nədir?

- Hər hansı bir xüsusi səbəb yoxdur. Sadəcə yorğunluqla bağlı olaraq baş məşqçi ehtiyatda qalmağımı məsləhət bildi. Ehtiyac olduqda isə meydana çıxır və bacardığım qədər kömək edirəm. Həm də ola bilsin taktiki dəyişikliklərlə də əlaqədar ehtiyatda qalım. Hansısa problem axtarmağa dəyməz.

- İlk 2 dövrədəki çıxışı necə qiymətləndirə bilərsən? “İnter” fasiləyə arzuladığı pillədə yollanır?

- “İnter” arzuladığı yerdə deyil. Biz çempion olmaq istəyiriksə, zirvədə yer almalıyıq. Ancaq hazırkı vəziyyətdə heç nə bitməyib. Liderin ən yaxın izləyicisiyik. Qarşıda daha 2 dövrə var. Qış fasiləsindən sonra çox şey dəyişə bilər. Mübarizəmizi sona qədər davam etdirəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31