19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Qaranın halal haqqı YAZI

Onunla tanışlığım təyyarədə başlayıb. Gərək ki, 2010-cu ilin may ayı idi. Moldovaya gedirdik.

- Adın nədir?

- Qara

- Soyadın?

- Qarayev.

Təbii, o an mən Qaradan böyük bəstəkarımız Qara Qarayevə qohumluğunun çatıb-çatmamasını da soruşdum. “Heç bir qohumluğum yoxdur” – dedi.

Kişinyova Moldovanın U-21 millisiylə yoxlama oyununa yola düşəndə Qaranın 18 yaşı hələ tamam olmamışdı. O vaxt indiki kimi “Qarabağ”ın liderlərindən deyildi, heç əsas heyətdə də onu görən olmamışdı. Amma Azərbaycanın U-21 millisinə müntəzəm dəvət alırdı.

Bu tanışlığımın tarixçəsini qeyd etməyim səbəbsiz deyil. Bilirsiniz ki, bizim futbolçuların əksəriyyəti çox tez harınlayırlar. Pul, cəzasızlıq onları o səviyyəyə gətirib çıxarır ki, olub-qalan tərbiyələrini də itirirlər. Təbii, futbolumuzun tərbiyəsiz təbəqəsindən danışmaq niyyətində deyiləm.

Azərbaycanda təvazökar, yüksək insani mədəniyyəti ilə seçilən oyunçular da - az olsa belə - var. Qara Qarayev həmin o azlıqda olan, dörd il əvvəlki təsadüfi tanışlığı unutmayan və ona dəyər qoymağı bacaran futbolçulardan biridir.

Təpədən-dırnağa qədər futbol adamıdır. Meyxana, bahalı inomarka təfəkkürü yoxdur, sadə və ciddi adamdır, ən əsası da şəxsiyyətini, futbolu puldan üstün tutan biridir. Bu gün “Qarabağ” kimi komandanın lidelərindən olsa da, gənc yaşda qazandığı şöhrətdən havalanmayıb, azarkeşlərin sevimlisinə çevrilib.

Təbii ki, bu keyfiyyətləri özündə birləşdirən insanın futbol həyatında axsama olmamalıydı. 2014-cü il onun bu günə qədər olan karyerasının zirvəsidir. Qara Qarayev bir yarımmüdafiəçi kimi bütün ilboyu əsasən “Qarabağ”da nəinki sabit oyunu ilə seçildi, eyni zamanda bir futbolçu olaraq günbəgün irəli getməyi də bacardı. Baş məşqçi Qurban Qurbanovun etimadını qazanmaq, “Qarabağ” kimi komandanın liderlərindən biri olmaq, razılaşın ki, 22 yaşında hər oyunçuya qismət olmazdı. Bu, Qaranın öz zəhməti, Qurban Qurbanovdan layiq olduğu dəstəyi alması hesabına başa gəldi.

İlin yekunudur. Artıq seçimlər başlayıb. Qara Qarayev 2014-cü ildə Azərbaycanın ən yaxşı oyunçusu adını komanda yoldaşı Bədavi Hüseynovla birgə qazanmağı haqq edən iki oyunçudan biridir. Bu dəfə bizim səsimiz Qaraya gedir.

Ona görə gedir ki, zamanı çatanda onun daha xoş sədası gəlməlidir: bir gün Avropadan, o biri günü bütün dünyadan.

Aydın BAĞIROV, Qol.az 




Ad: aytac.agayeva;   E-mail: [email protected]

28.12.2014 19:06

MENDE`YAZILANLARLI`RAZIYAM`TERBIYE`MEDENIYYET`VE`ISTEDAD`SERHED
TANIMIR`QARA`QARAYEVDE`BU`XUSUSIYYETLER`OLDUGU`MUDDEDCE`UGURLAR
QACILMAZDIR.....
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31