20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qərar qəbul edildi: “Heç bir klub qarşılıqlı razılıq olmadan “Bakı”dan futbolçu transfer etməyəcək”

Dekabrın 10-da keçirilən Klublar Komitəsinin ilk iclasında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov təmsil etdiyi kollektiv adından məsələ qaldıraraq, “zolaqlılar”ın yetirməsi olan və 18 yaşı tamam olmamış futbolçuların komandanın icazə olmadan digər klublara keçməsinin düzgün olmadığını bildirmişdi. Futbolxeber.az-ın məlumatına görə, “Bakı”nın müraciəti qurumun bu gün keçirilən iclasında yenidən müzakirə olunub. Yekunda qərara alınıb ki, yaya kimi heç bir Premyer Liqa təmsilçisi “Bakı”nın razılığı olmadan komandanın futbolçularını transfer etməsin. Qərar yekdilliklə qərara alınıb. Bu addım bəzi futbolçuların maliyyə problemlərinə görə klubu atıb getməsinin qarşısını almaq üçün atılıb. 

Qeyd edək ki, sözügedən məsələnin Klublar Komitəsində müzakirəyə çıxarıldığını ilk dəfə məhz Futbolxeber.az saytı yazmışdı - http://www.futbolxeber.az/news/country/18706




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30