25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Məhəmməd Mirzəbəyov: “Rəqib qapıçının səhvi Allahın hədiyyəsi idi” (Müsahibə)

“İnter”in futbolçusu Məhəmməd Mirzəbəyov “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- 1:1 hesabı ilə yekunlaşan görüş haqda nə deyə bilərsən?

- Çətin oyun oldu. Biz ev oyunlarımızı süni ot örtüklü meydançada keçiririk. Bu dəfə isə təbii qazonda mübarizə aparırdıq. Ona görə də yüksək tempdə oynaya bilmədik. İstədiyimiz kimi çıxış etmədik. Rəqib də yaxşı oynadı. Təhlükəli hücumlar qururdular. Ona görə də nəticəni yaxşı saymaq olar. Ən azından 1 xal qazandıq.

- “Neftçi” ilə oyunda da ssenari demək olar ki, belə idi. İlk yarıda “İnter” hesabda geri düşdü, amma ikinci yarıda oyunun gedişatını dəyişə bildi. Komandanın matça yaxşı başlaya bilməməsinin səbəbini nədə görürsən?

- Bunun səbəbini bilmirəm. Keçən dəfə doğma divarlar aradasında çıxış edirdik. Amma bu dəfə səfərdə meydana çıxmışdıq. Qəbələdə oynamaq həmişə çətin olur. Elə “Qarabağ” da burada uduzmuşdu. Həqiqətən də yaxşı oyun göstərə bilmədik. Amma ciddi bir səbəb, ya da problem yoxdu.

- Əksər hallarda yarımmüdafiədə oynasan da, son oyunlarda cinah müdafiəçisi kimi çıxış edərsən. Bu, sənə problem yaratmır?

- Mən daha əvvəl “Sumqayıt”da çıxış edərkən yarımmüdafiəçi kimi oynayırdım. Amma mənim doğma mövqeyim müdafiəçinin cinahıdı. Ona görə də bu mövqeəni özümə yad hesab etmirəm.Arxa xətdə qərarlamşmaq mənə heç bir problem yaratmır. Məşqçi sağ olsun ki, mənə etibar göstərib meydana buraxır.

- Vurduğun qol haqda nə söyləyə bilərsən?

- Hər bir oyunçu kimi mən də qol vurduğuma görə sevinirəm.

- Çoxları düşünür ki, qolda rəqib qapıçının kobud səhvi var idi. Razısan bu fikirlə?

- Rəqib qapıçının səhvi Allahın hədiyyəsi idi. Əsas o idi ki, qol oldu. Futbolda təsadüfi heç nə olmur.

- Ardıcıl ikinci oyunda vacib qola imza atırsan...

- “Neftçi” ilə oyunda vurduğum qol komanda qələbə gətirdi. Amma bu gün heç-heçə ilə kifayətləndik. Qol vurduğum üçün sevinirəm. Bununla belə, əsas olan “İnter”in uğurudur. Qolu kimin vurması fərq etməz. İndiki məqamda vacib olan xallar qazanmaqdı. Çünki “Qarabağ”dan geri düşməmək üçün hər oyunda bacardığımız qədər maksimum xal toplamalıyıq.

- Hazırda “Qarabağ”dan 5 xal geri qalırsınız. Növbəti 2 dövrədə xal fərqini aradan qaldırmaq mümkün olacaq?

- İndidən mövsümün sonluğu haqda danışmaq tezdi. Qarşıda 2 dövrə var. Sona kimi mübarizə aparacağıq. Məqsədimiz ən yüksək yer tutmaqdı.

- Geridə qalan ilk 2 dövrədə “İnter”in çıxışını necə qiymətləndirirəsən?

- Komandamız geridə qalan müddətdə yaxşı çıxş etdi. Yeganə mənfi hal heç-heçələrimizin çoxluğudur. Heç-heçə etdiyimiz oyunların 2 və ya 3-ündə qələbə qazansaydıq, indi lider idik. Amma bu nəticə də pis deyil. İndiki mövqeyimizlə razılaşmaq fikrində deyilik. Maksimum nəticə qazanmaq üçün sona kimi mübarizə aparacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30