25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadıqov: “2015-ci ilin də uğurlu olması üçün daha çox çalışacam”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın 18-ci turunda “Sumqayıt”la oyundan sonra Sportpress.az saytının suallarına cavab verib. Futbolxeber.az-ın məlumatına görə, müdafiəçi son matçın asan keçmədiyini bildirib: “Fasilə ərəfəsində son oyun hər zaman çətin olur. Komanda qələbə qazanmaq isətyirdi. İstəyimizə 2 qolla çatdıq. İndi istirahətə yollanırıq və bundan sonra çempionatda mübarizəni davam etdirəcəyik. Düzünü desəm fasiləyə lider kimi yollanmaq istəyirdik. Amma 5 xal fərq olacağını gözləmirdim”.

Rəşad Sadıqov 2014-cü ili özü üçün uğurlu il adlandırıb: “Bu il zədəli olduğum günlər də oldu. Bununla belə il uğurlu oldu. Avrokuboklarda azarkeşlərimizi sevindirməyə çalışdıq. Maraqlı və çətin oyunlarımız oldu. 2015-ci ilin də uğurlu olmasını istərdim. Bunun üçün daha çox çalışacam”.

2014-cü ilin ən yaxşı futbolçusuna gəlincə Rəşad Sadıqov, komanda yoldaşları Qara Qarayevlə Bədavi Hüseynov arasında seçim etməli olduğunu deyib: “Adətən millidəki oyuna görə futbolçulara yüksək qiymət verirlər. Bu il millimiz uğurlu çıxış etmədi. Yığmadakı futbolçularımızın oyunu uğursuz oldu. Ona görə klublara diqqət yetirmək lazımdır. Belə də fikrimcə ilin ən yaxşı futbolçusu Qara Qarayevlə Bədavi Hüseynovdan biri olmalıdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30