25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Riçard Almeyda: “Olimpiakos”a qarşı layiqli mübarizə apara bilərik”

"Qarabağ" klubunun yarımmüdafiəçisi Riçard Almeydanın müsahibəsi.

- Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"in qapısına vurduğun qol epizodunu necə xatırlayırsan? Həmin anda nələr hiss etdin?

- Həmin anı xatırlamaq çox çətindir. O qədər əziyyətdən sonra bir qol vururuq və hakim bunu qeydə almır. Bizim taleyimizi həll edən həmin an çox təsiredicidir. Həmin hissləri bəzən unutmaq mümkün olmur və sanki təkrar-təkrar yaşayırıq. Artıq ediləcək bir şey olmadığını düşünsək, hər şeyi geridə qoyaraq gələcəyə baxmaq lazımdır. Çünki yenidən Avropada istədiyimiz oyunları göstərməyimiz üçün qarşımızda duran işlər çoxdur.

- Komandanın kapitanı Rəşad Sadıqov deyib ki, günü bu gün də yuxudan oyandıqda, həmin anları xatırlayır...

-  Mənim üçün də eyni hisslərdir. Hər şey olduqca çətindir. Həmin qolu mən vurduğum üçün bu, mənə daha ağır gəlir. Hər şeyi unutmağa çalışıram. Amma istər sosial şəbəkələrdə, istərsə də dostlarım və ətrafım arasında həmişə eyni mövzu qarşıma çıxır. Ona görə də unutmaq bir qədər çətin olur. Yenə də başımızı dik tutub, gələcəyə baxmalıyıq.

- Brazilyaya getdiyində “Qarabağ” haqda nə danışacaqsan?

- Braziliyada bu klubda oynadığım üçün çox xoşbəxt olduğumu söyləyəcəm. Burada çox gözəl futbolçular var və onların arasında olmaq, bir klubda oynamaqdan çox məmnunam. ”Qarabağ”da hər şey gözəldir. Düzdür, Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə oyundakı haqsızlıq çox ağır idi. Amma mənə o epizodu unutdura biləcək bir təsəllim var. Çox yaxında ata olacam. Mənim bir qızım dünyaya gələcək. Ondan sonra geri qayıdaraq yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyəm.

- "İnter"lə görüşdə qolunuz qeydə alınmasa da, hər kəs “Qarabağ”ı qalib kimi qarşıladı....

- Məndə də elə hisslər var ki, sanki biz qrup mərhələsini keçmişik. Elə bil “Olimpiakos”la biz oynayacağıq. Amma indi edə biləcəyimiz heç bir şey yoxdur. Hakimin səhvindən kənarda qalmışıq. Bundan sonra edə biləcəyimiz tək şey yenidən mübarizə apararaq çempionatda layiqli yerimizi tutmaqdır.

- UEFA-nın fevralın 5-də veriləcək qərarına əsasən növbəti mərhələyə keçsəniz, “Olimpiakos”a qalib gələ bilərsinizmi?

- Bizim istənilən komandaya qarşı oynamaq gücümüz var. Biz “Olimpiakos”a qarşı layiqli mübarizə apara bilərik. Amma qalib gəlib-gəlməyəcəyimizi deyə bilmərəm.

Mənbə: Qol.az

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30