24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Yuri Syomin: "Qoy reallaşsın, sonra danışaq"

“Qəbələ” klubunun baş məşqçisi postuna əsas namizəd Yuri Syomin apasport.az saytına eksklüziv müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Karyeranızı Azərbaycanda davam etdirmək ehtimalı çoxdur. Sizin kimi adlı-sanlı mütəxəssisin “Qəbələ”də işləyəcəyi rəsmiləşmək üzrədir. Bu barədə nə deyə bilərsiniz? 
- (gülür) Xoş sözlərə görə minnətdaram. Ancaq indi bu haqda danışmaq istəmirəm.

- Hər halda, təklif almısınız və bu haqda düşüncələrinizi bilmək maraqlı olardı... 
- İnciməyin, hələ şərh verə bilmərəm. Qoy reallaşsın, sonra danışaq. 

- Nəzərə alın ki, fikirləriniz bütün postsovet məkanı ölkələri üçün çox maraqlıdır... 
- Şərh o vaxt verilə bilər ki, konkret addım atılsın. Ancaq hələlik bir şey olmadığından, qəti cavab verə bilmərəm. 

- Azərbaycan futbolu haqda düşüncələriniz necədir? 
- Azərbaycan futbolu mənə tanışdır. SSRİ dövründə yaxşı komandalarınız, dahi futbolçularınız olub. Məsələn, Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Nikolay Semiqlazov, Sergey Kramarenko. 

- Sizə tanış olan Azərbaycanda işləməyə maraqlısınız? 
- (gülür) Ola bilər. Bunu zaman göstərəcək.

- Agentiniz Dmitri Selyuk Rusiya mətbuatına açıqlamasında “Qəbələ”dən təklif aldığınızı, amma cavab vermək üçün vaxt istədiyinizi və “Lokomotiv”ə qayıtmağın əleyhinə olmadığınızı deyib... 
- Buna vaxtı gələndə aydınlıq gələcək. 

- “Qəbələ” variantı nə vaxt dəqiqləşəcək? 
- İndi bu suala dəqiq cavab verə və Azərbaycana nə vaxt gələcəyimi bilmirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30