17 Iyun 2019, Bazar ertəsi
Mahir Əmrəli "Qarabağ"ı tərk edə bilər
Stiven Monroz rəsmən "Neftçi"də
“Səbail”də makedoniyalı qapıçı
“Qəbələ” 2 transfer birdən reallaşdırdı

Ölkə futbolu

"Fasilədən sonra "Neftçi" daha güclü olacaq"

“İnter”lə oyunda əsas məqsədimiz 3 xal qazanmaq idi. Oyuna yaxşı başladıq. Hesabı açandan sonra bir qədər arxayınlıq özünü göstərdi. Rəqibin də təhlükəli vəziyyətləri çox oldu. Məğlub olmuşuqsa, deməli rəqibdən zəif oynamışıq. Məğlubiyyət 3 xal itirməyimiz deməkdi, ona görə düşünmək lazımdır”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

Hakimlik barədə danışmaq istəməyən Yunuszadə, “İnter”in səhvlərdən maksimum faydalandığını deyib: “Rəqib əks hücumlarda yaxşı oynadı. Uduzmağımız fasilədə daha yaxşı hazırlaşmağa məcbur edəcək. Bankirlər yaxşı oynadı. Hakimlik barədə danışmaq istəmərəm. Özümə söz vermişəm ki, hakimlik barədə bir söz deməyəcək. Amma bu gün komandamız məğlub olmalı deyildi. Məğlubiyyətə layiq deyildik”.

“Neftçi”nin futbolçusu klubun iddiasını davam etdirəcəyini və fasilədən sonra daha yaxşı mübarizə aparacağına inandığını bildirdi: “Çempionat hələ başa çatmayıb. İlk “üçlük”də olmaq yaxşıdır. Amma biz hər zaman yüksək yerlər uğrunda mübarizə aparmışıq. Məqsədimiz eynidir. Fasilədən sonra “Neftçi” daha güclü olacaq. Müəyyən mənada hazırlıq lazımdır. Əsas oyunlar fevraldan başlayacaq, ona görə hələ heç nə itirilməyib”.

Elvin Yunuszadənin sözlərinə görə, “İnter”lə oyunda itirilən 3 xalı növbəti matçlarda sığortalamaq mümkün olacaq. Əsas “Neftçi”nin sona qədər mübarizə aparmasıdır: “Müəyyən səhvlərimiz oldu. 3 xal itirsək də, qələbə şanslarımız qalıb. Bu mövsüm ötən ildən daha uğurlu olmalıdır. Bunun üçün imkanlarımız var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit