28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Elvin Beqiri ”Xəzər Lənkəran”da kumirim idi"

 

“Xəzər Lənkəran”ın aşağı yaş qruplarında aprel ayından başlayaraq hər yaş qrupu üzrə “Ayın ən yaxşısı” nominasiyasının tərtib olunduğunu xəbər vermişdik. Qaliblərlə klubun rəsmi saytında müsahibə də təqdim olunmalı idi ki, bu mənada ilk müsahib İbrahim Qədirzadə olub. Ölkəmizin U-15 millisinin üzvü, “Xəzər Lənkəran”ın 1999-cu il təvəllüdlü yaş qrupunda "Ayın ən yaxşısı" seçilən İbrahimlə qısa söhbəti təqdim edirik.

- İbrahim, özün haqqında məlumat verərdin..

- 1999-cu ilin mart ayının 21-də Lənkəran şəhərində anadan olmuşam. Futbola elə uşaq yaşlarından böyük həvəsim olub.

- “Xəzər Lənkəran”a gəlişin nə vaxt baş verib?

- 2010-cu ildə “Xəzər Lənkəran”ın aşağı yaş qruplarına seçimlər aparılırdı. Həmin vaxt özümü sınamaq qərarına gəldim. Seçimlərdən uğurla keçdim və qəbul olundum. İlk müəllimlərim Xəyal və Röyal Abbasov qardaşları olub.

- Öz yaş qrupunda “Ayın ən yaxşısı” seçilməyini kimdən eşitdin?

- Bizə demişdilər ki, belə bir seçim olacaq. Amma kimin seçildiyini bilmirdik. Qonşumuz, media sahəsində çalışan Cavid Əhmədoğlu mənə xəbər verdi. Sonra isə özüm rəsmi saytdan oxudum.

- Nələr hiss etdin həmin an?

- Bizim yaş qrupunda istedadlı uşaqlar çoxdur. Düzdür, seçildiyimə görə sevinirəm. Amma digər dostlarım da bu ada layiq idilər. Etiraf edim ki, qürurlandım.

- Yəqin anlayırsan ki, bu sənin məsuliyyətini daha da artırır..

- Bəli. Bunu daim düşünürəm. Çünki, məni seçən insanların etimadını doğrultmalıyam.

- “Xəzər Lənkəran”da çox sevdiyin, kumirin olan futbolçu kimdir?

- Elvin Beqiri.. Özüm yarımmüdafiə xəttində çıxış etsəm də müdafiədə diqqətli olan, etibarlı müdafiəçiləri xoşlayıram. Buna görə də Beqirinin oyununu çox bəyənirdim.

- Bəs Avropada?

- Nanini bəyənirəm. Onun oyununu daim diqqətlə izləyirəm.

- Hazırda qarşına qoyduğun məqsədi öyrənmək maraqlıdır..

- Ölkəmizin U-15 millisinə çağrılmışam. Özümün 14 yaşı olsa da mənə bu etimadı göstəriblər. İndi bütün diqqətim məşqlərə yönəlib. Mən, əlimdən gələni edib vaxtım çatdıqda “Xəzər Lənkəran”ın və Azərbaycanın əsas millisinin formasını daşımağı qarşıma məqsəd qoymuşam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31