16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Premyer Liqada mövsümün yeni rekordu

Premyer Liqanın 29-cu turunda mövsümün yeni rekordu qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə, ötən turda 4 dubl gerçəkləşib. Bu isə mövsümün ən yüksək göstəricisidir.

Ruslan Qurbanov “Sumqayıt” – “Rəvan”, Nicat Qurbanov “Simurq” – “Qəbələ” oyununda qonaqların qapısına 2 dəfə yol tapıb. Junior Nildo “Turan” – AZAL, Nikolas Kanales isə “Qarabağ” – “Neftçi” oyununda meydan sahiblərini 2 dəfə məyus edib.
 
Bunadək ən çox dublun rəsmiləşdiyi turlarda 3 belə hadisə qeydə alınmışdı. 3, 11, 22 və 27-ci turlar bu göstəricidə seçilirdi.
 
Ümumilikdə isə 29 turda 35 dubl gerçəkləşib. Bunların 24-ü meydan sahibləri, 11-i qonaqların hesabındadır. 22 dubl təsnifat mərhələsində, 13-ü final oyunlarında qeydə alınıb. İlk “altılıq”da 7, ikinci “altılıq”da 6 dəfə 1 oyunçu eyni matçda 2 qolun sevincini yaşayıb.
 
Premyer Liqada 26 futbolçu dubla imza atıb. Bu göstəricidə mütləq rekord “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesə məxsusdur. O, cari mövsümdə özünün 5-ci dublunu rəsmiləşdirdi. AZAL-ın braziliyalı legioneri Junior Nildo isə 29-cu turda 3-cü dublunu gerçəkləşdirdi. Daha 3 futbolçu 1-dən artıq oyunda bunu bacarıb. “Xəzər Lənkəran”lılar Adrian Skarlatake ilə Dimitrios Sialmas, “Qarabağ”lı Riçard Almeyda hərəyə 2 dəfə dubl müəllifi olub. Bu 5 futbolçudan yalnız biri – Kanales ardıcıl 2 matçda dubla müəlliflik edib. O, 28 və 29-cu turlarda bunu bacarıb.
 
35 dubldan 32-si milliləşənlər də daxil olmaqla legionerlərin hesabındadır. Yerli oyunçulardan yalnız Nicat Qurbanov (Simurq), Cavid İmamverdiyev (Neftçi) və Cavid Tağıyev (AZAL) 1 oyunda 2 qol vurub.
 
“Nefti”nin futbolçuları hamıdan çox – 7 dubla imza atıb. AZAL 6, “Xəzər Lənkəran” 5, “Qarabağ”, “İnter” və “Rəvan” hərəyə 3, “Bakı”, “Qəbələ”, “Simurq” hərəyə 2, “Turan”, “Sumqayıt” hərəyə 1 dəfə oyunçusunun dubluna sevinib. “Kəpəz” isə mövsümdə dubl görməyib.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30