20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Karlos Kardoso: “Arif Əsədov istefa versə...” (Müsahibə)

“Neftçi”nin müdafiəçisi Karlos Kardoso "İnter"lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “İnter”lə məğlub olduğunuz oyun haqda nə deyə bilərsən?

- Hesabda açsaq da, üstünlüyümüzü sona kimi qoruya bilmədik. İkinci hissədə fasiləyə qədər nümayiş etdirdiyimiz oyunu davam etdirə bilmədik. Komanda yoldaşlarım çalışdı. Fasiləyə bu cür yollanmağımız çempionatın maraqlı keçəcəyini göstərir.

- İlk yarıdan fərqli olaraq, ikinci hissədə zəif oynamağınızın səbəbi nədir?

- Müdafiədə həmin oyunu göstərə bilmədik. “İnter” çoxsaylı epizodlar yaratdı. Qış fasiləsi gəlir. Təlim-məşq toplanışında yaxşı hazırlaşmalıyıq. Ehtiyatda daha bir oyunumuz var. Ümidimizi üzmürük, çempion olmaq şansımız var.

- Qələbə qazanacağınız halda, qış fasiləsinə ikinci pillədə yollanacaqdınız. Bu şansı qaçırmağınız sonda sizə baha başa gəlməyəcək?

- Biz hələ bir döyüşü uduzmuşuq. Müharibə davam edir. Bu müharibədə bu cür döyüşlər çox olacaq.Çempionat uzun marafondur, mübarizə aparmalıyıq.

- Bu “Neftçi”nin 2014-cü ildə sonuncu matçı idi. Ola bilərmi ki, legionerlər istirahət haqda düşündüyündən, matça tam motivasiya ola bilməyib?

- Futbolçularımızın hamısı təcrübəlidir. İşimizi bilirik. Oyuna çıxırıqsa, diqqətimiz meydanda olur.

- Matçı erkən tərk etdiniz. Zədəniz ciddidir?

- Bu süni meydanla bağlıdır. Ayağım burxuldu. Buna görə də dəyişilməyimi istədim.

- Azarkeşlər baş məşqçini istefaya çağırırdı. Bunu çağırışı həm də komandanın oyunununa etiraz kimi qəbul etmək olarmı?

- Baş məşqçi istefa versə, komanda üçün vacib itki olacaq. Çünki dəyişiklik etmək üçün onun imkanı indi olacaq. Fasilə zamanı ola bilsin, yeni futbolçular da dəvət edilsin. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30