24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Leroy Corc: “Şanslı günümüz idi"

“Qarabağ”ın üzvü Leroy Corc “Xəzər Lənkəran”la oyundan jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə. O, ilk öncə qarşılaşma haqda danışıb: “Ağır oyun oldu. Erkən qol vurmağımız ümidimizi artırdı. Amma ardıcıl səhvlər üzündən qol buraxdıq. İkinci hissənin əvvəlində hesabda geri düşsək də, xarakter nümayiş etdirib, qələbə qazandıq”.

Hollandiyalı futbolçu rəqib haqda bunları söyləyib: “Xəzər Lənkəran” güclü rəqibdir. Heyətində yaxşı futbolçular var. Bizə qarşı da yaxşı oynadılar. Şanslı günümüz idi, əlimizə düşən fürsətlərdən istifadə etdik”.

“Qarabağ”ın üzvü “İnter”lə matçda baş verənlərui unutmaq istədiklərini bildirib: “İnter”lə oyundan sonra bir neçə gün həmin matç haqda düşündük. Ancaq hər şeyi yaddan çıxarıb, çempionatdakı yolumuza davam etməliyik. Çünki yenidən ora yollanmaq üçün daxili yarışda yüksək yer tutmalıyıq. Əksəriyyət Avropa Liqasındakı oyunumuzdan razı qalıb. Ancaq bu mərhələ başa çatdı. Biz çempionatdakı çıxışımı uğurla davam etdirməliyik. İndi diqqətimizi buna yönəltmişik”.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30