Ölkə futbolu
Fariz Məmmədov: “Ağlımı itirməmişəm ki, radikal dini qruplaşmalara qoşulum”
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov Ukraynada Valentin Kuts üzərində qazandığı qələbədən danışıb. Futbolxeber.az saytına açıqlama verən boksçu son anda rəqibi dəyişdiyinə görə məyus olduğunu bildirib: “Mən Xavadci Xatsiqova qarşı hazırlaşmışdım. Çəki mərasimində rəqibin dəyişdiyi məlum oldu. Dedilər ki, o boksçunu Ukraynaya buraxmayıblar. Ona görə Kutsa qarşıma mübarizə aparmalı oldum. Bu görüşdən rəqib dəyişdiyinə görə imtina edə bilərdim. Amma imtina etsəydim Türkiyə və Azərbaycandan gələn dostları, eləcə də azarkeşləri məyus edəcəkdim. Digər tərəfdən 2014-cü ili qələbəylə başa vurmaq istəyirdim. Karyeramda hələ belə həyəcan keçirməmişdim. Döyüş başlayandan sonra isə hər şey rahat oldu. Rəqibi qısa zamanda yaxşı təhlil edə bilmişdik. Nokaut barədə düşünmürdüm. İstəyirdim görüş sona qədər davam etsin. Kuts ikinci raund zamanı döyüşü davam etdirə bilməyəcəyini deməklə məğlubiyyətini etiraf etdi”.
Fariz Məmmədov 2014-cü ilin yekunları barədə danışaraq başa çatan ili karyerası üçün müsbət qiymətləndirib: “Əgər uğursuz çıxış etsəydim karyeramı başa vurardım. İki dəfə Azərbaycanda məğlub oldum. İki dəfə xarici ölkədə qələbə qazandım. Matias Pelklə görüş ərəfəsində zədələnmişdim, Andrey Zamkovoyla döyüşə isə hazır deyildim. Dostlarım bəzən deyir ki, doğma divarlar arasında döyüş zamanı bəxtim gətirmir. Pelki Almaniyada keçirilən görüşdə məğlub etdim. Zamkovoyla revanş isə sonraya qalıb. Onunla da görüşüm olacaq.
Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etmək ən böyük arzularımdan biridir. 2015-ci ildə lisenziya xarakterli turnirlər var. Fikrimcə olimpiadaya vəsiqə uğrunda mübarizə aparmağım peşəkar karyerama təsir etməyəcək. Hazırda peşəkarlar arasında dünya reytinqində 8-ci pillədəyəm. Dünya kəməri uğrunda heç kimi çempionluq döyüşünə dəvət edə bilmərəm. Amma məni dəvət edə bilərlər. Dəvət etsələr hazır olmadığıma görə indi razılaşmaram. Hər şeyin öz vaxtı var. Komandamı genişləndirmək istəyirəm. Yaxın zamanlarda menecer və məşqçi heyətində yeniliklər olacaq”.
Boksçu bəzi saytlarda onun vəhabiliyə qoşulması barədə yayılan informasiyaları yalan adlandırıb: “Hər hansı bir məlumatı yaymazdan əvvəl dəqiqləşdirmək lazımdır. Belə xəbərlər yalandır, böhtandır. Özünüz düşünün. Hər qələbəmdən sonra minlərlə insanın sevincini görürəm. İnsanlar mənə görə sevinir, təbrik edirlər məni. Hazırda Azərbaycanda idmana olan yüksək səviyyədə qayğının nəticəsidir ki, mən peşəkar boksla məşğul olmağa davam edirəm. Dövlətim bütün idmançılar üçün şərait yaradır. Qaliblər mükafatlandırılır. Hansı ağılsız insan indi pis işlərlə məşğul olar. Bu məlumatlar şayiədir. Mən Vətənimi çox sevirəm. Ağlımı itirməmişəm ki, radikal dini qruplaşmalara qoşulum”.
Fariz Məmmədov ona karyerasını davam etdirməsində dəstək olan “Qəbələ” İdman Klubuna təşəkkürürü bildirib: “Qəbələ” İdman Klubu hər zaman yanımda olub. Məğlubiyyətlərimi uğursuzluq saymayıb. Mənə dəstək olublar, inanıblar. Ukraynaya getməzdən əvvəl son məşqə klubun prezidenti Taleh Heydərov gəlmişdi. Onun dəstək olması mənim üçün əlavə stimuldur. Bütün bunlara görə “Qəbələ” İdman Klubunun rəhbərliyinə təşəkkür edirəm”.
Boksçu bir müddət istirahət edəcəyini yalnız bundan sonra növbəti döyüş haqda düşünəcəyini söyləyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
20:06
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
08:45
Azərbaycan kubokunun püşkü atılır
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
18.09.2026
17.09.2026
16.09.2026
























