20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xaqani Məmmədovdan AFFA prezidentinə şikayət edəcəm”

“FİFA hakimliyindən kənarlaşdırıldığım üçün AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevlə görüşəcəyimi demişdim. Hələlik görüşümüz baş tutmayıb. İşləri çox olduğu üçün gözləyirəm”. Bu sözləri sabiq FİFA referisi Anar Salmanov deyib.

FİFA-nın 2015-ci il üçün açıqladığı beynəlxalq dərəcəli hakimlərin siyahısından çıxarılan Salmanov təkcə bu görüşlə kifayətlənməyəcəyini bildirib: “Həm Elxan, həm də Ramin müəllim Azərbaycan futbolunun inkişafı üçün əllərindən gələni edirlər. Onların mənə haqq qazandıracağına inanıram. Bundan əlavə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan AFFA prezidenti Rövnəq Abdullayevə şikayət etməyi də düşünürəm. Hələlik tələsmirəm. Lazım olanda bunu edəcəm. Elxan Məmmədov və Ramin Musayevlə görüşdən çox şey asılıdı”.

Qeyd edək ki, Anar Salmanov 2015-ci ildə FİFA-nın bayrağı altında keçirilən beynəlxalq oyunlarda Azərbaycanı təmsil edə bilməyəcək. Əvəzində bu missiyanı Əliyar Ağayev və Rəhim Həsənovla yanaşı, Orxan Məmmədov yerinə yetirəcək (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30