16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

”Bakı” sənədlərimi versin, gedim başqa kluba”

“Bakı” klubunun hücumçusu Nurlan Novruzovun müsahibəsi

- “Xəzər Lənkərna” oyunda komanda yoldaşların niyə bir-birinə qarşı aqressiv davranırdı?

- Problemlərimiz çoxdur. Bəlkə də bir-birimizin sözünü götürə bilmirik, ona görə belə hallar yaranır. Adi bir söz bizi incidə bilir. Amma yenə də hər şeyi normal qarşılayırıq.

- Jabanı da baş məşqçi bu səbəbdən əvəzlədi?

- Yox, Jaba oyunda çox danışsa da, onun əsas məqsədi bizə dəstək olmaqdı. Düzdü, problemlər ona təsir edir. Onun da ailəsi var. Çətinliklər hər şeyə təsir edir.

- Risto Ristoviçlə Lukas Mario Hovartın getməyi komandanın oyununa təsir edirmi?

- Bəli, onların yoxluğu bizə əlavə çətinliklər yaradır. Horvatın yoxluğu orta xətdə xüsusi problemlər yaradır.

- Qış fasiləsinə  az qalıb. Komandadan ayrılacaq futbolçuların sayı çoxdurmu?

- Aqil Məmmədov getdi. Başqa çox futbolçu “Bakı”dan ayrılmaq istəyir. Elə mən də onların arasındayam. Amma biz getsək də, gənc futbolçular çoxdur, onlar “Bakı”nın uğurları üçün çalışacaqlar.

- Bildiyimizə görə, əsas məqsədin Azərbaycanda qalmaqdır. Hansı klublardan təkliflər almısan?

- Azərbaycanda qalmaq istəməyimin əsas səbəbi bu il bombardirlik uğurunda mübarizəmi davam etdirməkdir. Mövsümün yarısında getsəm, çəkdiyim əziyyətlər hədər gedəcək. Həm də Avropa üçün və ya adi Türkiyə ikinci liqası olsun, gedəndə nəsə etməlisən. Mən hələ özümün tam hazır olmadığımı düşünürəm.

- Səncə, Türkiyə ikinci liqası Azərbaycan Premyer Liqasından səviyyəli çempionatdır?

- Məncə, builki çempionatımızdan güclüdür. Çünki bu mövsüm komandalar çox zəif çıxış edir. Çempionatın ortasında “Araz Naxçıvan” mübarizəni dayandırdı. Bu da hər bir komandanın oyununa təsir etdi. Doqquz komanda qaldı və rəqabət də azaldı. Amma Türkiyə ikinci liqasında mübarizə çox komandalar arasında gedir. ”Qarabağ” və digər bir-iki komandanı çıxmaq şərtilə onlar daha üstündür.

- Yerli klublardan ən çox hansında oynamaq istərdin?

- Əlbəttə ilk pillədə qərarlaşan və çempionluq uğurunda mübarizə aparan komandalarda. Bu gün çox futbolçuların arzusudur ki,”Qarabağ”da, ”Neftçi”də, ”İnter”də, ”Qəbələ”də  oynasın.

- Bu klubların hansındansa təklif almısanmı?

- Sözün açığı, heç bir klubdan real təklif almamışam. Bəzi menecerlər əlaqə saxlayır. Məndə çempionatın ilk yarısının bitməsini gözləyirəm.

- Millimizin baş məşqçisi Prosineçki demək olar ki, çempionatda bütün oyunları izləyir və gənclərə şans verəcəyini söyləyir. Sən də dəvət alacağına ümid edirsənmi?

- Berti Foqtsun vaxtında heç bir ümidim olmasa da, indi çoxdur. Yeni baş məşqçi oyunlarımızı izləyəndə əlimizdən gələn hər şeyi edirik ki,onun güvənini qazanaq. Öz üzərimdə daha çox işləyirəm və ümid edirəm ki, bir gün mənə də dəvət göndərərlər.

- “Bakı”dakı maddi problemlərin həll olunmasını gözləyirsən, yoxsa başqa kluba gedəcəksen?

- Artıq bir ildir ki, tam pulumuzu almırıq. Demək olar on beş aydır burda pulsuz oynayıram. Mən öz adıma deyirəm ki, pul istəmirəm, sadəcə sənədlərimi versinlər, problem yaratmasınlar gedim başqa komandaya.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30