25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Erik Ramos: “Qarabağ”ın məğlubiyyəti bizi oyuna daha da motivasiya etdi” (Müsahibə)

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos “Sumqayıt”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdiyiniz oyun haqda nə deyə bilərsən?

- Çətin oyun alındı. “Sumqayıt” meydana yüksək motivasiya ilə çıxmışdı. Qapımızda da çox tez qol gördük. Bununla belə, özümüzdə güc tapıb, matçın gedişatını dəyişdik və mühüm qələbə qazandıq.

- “Sumqayıt”ın hesabı açmasını “Neftçi”nin arxayınçılığı ilə əlaqələndirmək olar?

- Ola bilsin ki, “Sumqayıt”a qarşı bir qədər rahat çıxmışdıq meydana. Amma “Sumqayıt” zəif komanda deyil. İldən-ilə də komanda yaxşılaşır. Bir neçə il əvvəl “Sumqayıt”ı burada 8:1 hesabı ilə məğlub etmişdik. Amma indiki vəziyyətdə bu mümkün deyil.

- Oyunun gedişində müdafiənin solunda qərarlaşdın. Fərqli mövqedə oynamaq çətin idi?

- Həmin mövqedə özümü yad hiss etmirdim. Çünki Paraqvayda müdafiənin solunda oynamışam. Odur ki, problem yoxdu.

- İddialı klub olmayan “Sumqayıt”dan buraxılan 2 qolu “Neftçi” üçün mənfi hal saymaq olar?

- “Neftçi” çox tez qol buraxdı. Bütün problemlərdən oradan başladı. “Sumqayıt”ın heyətində də sürətli futbolçular var. Ağıllı oynayırlar. Ümumiyyətlə, “Sumqayıt” bütün komandalar üçün problemdi.

- “Neftçi” meydana çıxanda artıq “Qarabağ”ın uduzmasından xəbərdar idi. Düşünmək olar ki, bu məqam komandanızı oyuna daha da motivasiya etdi?

- Həqiqətən də meydana çıxanda nəticədən xəbərdar idik. “Qarabağ”ın uduzduğunu bilirdik. Bu, motivasiyamızı da da artırdı. Bilirdik ki, mütləq 3 xal qazanmalıyıq. “Qəbələ”nin qələbəsi bizə “Qarabağ”a yaxınlaşmaq fürsəti verirdi. İndiki halda onlardan cəmi 2 xal geri qalırıq.

- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. Bu, “Neftçi” üçün ilin son oyunudur. Həmin görüş haqda nə deyə bilərsən?

- “İnter”lə aramızda xal fərqi çox azdır. Odur ki, bizi “İnter”ə qarşı çox ağır oyun gözləyir. Həmin oyunda qələbə qazanıb, fasiləyə rahat şəkildə yollanmaq istəyirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30