20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Robert Prosineçki: “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətimi çəkdi”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Bakı” - “Xəzər Lənkəran” və “Neftçi” - “Sumqayıt” oyunları izləyib. Futbolxeber.az-ın məlumatına görə, R.Prosineçki həmin oyunlarla bağlı affa.az saytına fikirlərini bildirib: “Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” - “Xəzər Lənkəran”, sonra “Neftçi” - “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm. İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi.    “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda  yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.

“Neftçi” - “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətimi çəkdi. Onlar   mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30