19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

“Qarabağ”ın Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, texniki nəticə nəzərə alınmasa, cari mövsüm ilk dəfə meydanı başıaşağı tərk edən Ağdam təmsilçisinin yeganə məğlubiyyəti məhz texniki nəticədən ibarət idi. “Sumqayıt”la ilk turdakı yenilgini (-:+) nəzərə almasaq, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün 36-cı turunda uduzmuşdu. Mayın 17-də səfərdə “Xəzər Lənkəran”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ” 211 gündən sonra “Qəbələ” ilə qarşılaşmada (1:2) meydandan xalsız ayrılıb. Bu müddətdə texniki nəticəsiz 12 görüş baş tutub.

“Qəbələ”yə məğlubiyyət “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə uduzduğu 100-cü matçdır. Rəqib meydanlarında 314-cü oyunda 100-cü dəfə xalsız qalan komanda “Turan” (139) və MOİK-dən (103) sonra səfərdə daha çox uduzan 3-cü komandadır.

“Qəbələ” ilə görüş Cavid Tağıyev üçün də əlamətdar olub. Cari mövsüm 11-ci oyununa çıxan yarımmüdafiəçi Premyer Liqada 100-ə çatıb. O, “Turan”da 37 oyunda 3 qol vurub: 2008/09 - 2, 2009/10 - 4 (1), 2010/11 - 16 (1), 2011/12 - 15 (1). Cavid AZAL-da 52 oyuna 6 qol vurub: 2012/13 - 26 (5), 2013/14 - 26 (1). 2014/15 mövsümündən “Qarabağ”da çıxış edən Tağıyev nu klubdakı 11 mattçda 1 dəfə fərqlənməklə, oyun sayını 100-ə, qol hesabını 10-a çatdırıb (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30