16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Toşakın hansı futbolçuları istədiyini, özündən başqa heç kim bilmir"

 

"Xəzər Lənkəran" klubu baş məşqçi Con Toşakın "Qarabağ"ın üzvü Vüqar Nadirov və "Simurq"un futbolçusu Rasim Ramaldanovla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Futbolxeber.az saytına verdiyi açıqlamada yayılan xəbərləri nə təkzib, nə də təsdiq edib: "Oyunçularla bağlı sual olarkən, standart olaraq "baş məşqçi kimi istəsə, onu da transfer edəcəyik" cavabı verilir. Amma inanın ki, həqiqətən də Toşakın beynindən nə keçdiyini bilmirik. O transfer məsələləri ilə bağlı heç kimlə müzakirə aparmır. Buna görə də Toşakın hansı futbolçuları istədiyini, özündən başqa heç kim bilmir. Amma bildiyim qədəri ilə o daha çox yerli futbolçuların xidmətində maraqlıdır. Mütəmadi olaraq, milli komandamızın, eləcə də digər klubların oyunlarını izləyir, öz təhlillərini aparır. Bu halda bəyəndiyi, xidmətində maraqlı olduğu yerli oyunçular da var. Lakin onların adlarını dediyim kimi, Toşakın özündən başqa heç kim bilmir. Nə vaxt Toşakın sərəncamında görmək istədiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edəcək, o zaman biz də həmin futbolçuların adlarını öyrənəcəyik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30