23 Sentyabr 2019, Bazar ertəsi
Emil Balayevdən qələbə şərhi
“Neftçi” “Keşlə”ylə heç-heçə etdi
DÇ: 2 güləşçimiz finalda
UEFA “Qarabağ”ı cərimələyib

Ölkə futbolu

Əfran İsmayılov: "Qarabağ” tamam başqa futbol oynayır”

"Rəqib yaxşı oynadı, məğlub edə bilmədik. "Bakı” həqiqətən gözəl oyunlarından birini nümayiş etdirdi. Özüm də bu klubda oynamışam. Uşaqları yaxşı tanıyıram. Göstərdikləri oyuna görə də onları təbrik edirəm". Futbolxeber.az-ın Futbol11.az-a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ikinci hissədə əlinə düşən qol fürsətini boşa verməsini belə şərh edib: "Zərbədən sonra top qapıdan kənarın keçdi. Qol da ola bilərdi. Futbolda belə hallar olur".

Oyun zamanı "Xəzər Lənkəran"ın digər yarımmüdafiəçisi Tural Cəlilov zədələnsə də, baş məşqçi Oğuz Çətin onu əvəzləməyib. Komanda yoldaşı həmin epizodla bağlı bunları deyib: "Tural zədələnmişdi. Hər birimizə bildirdi ki, zədəsi ağırdır, meydandan çıxmaq istəyir. Amma qalası oldu. Baş məşqçinin qərarıdır. Çıxsaydı, daha yaxşı olardı, əvəzinə hücumçu gələrdi. Ancaq çıxmadısa, demək, baş məşqçi belə məsləhət gördü".

İsmayılov 3 gün sonra qarşılaşacaqları "Qarabağ"la matç haqda da fikirlərini bildirib: "Qarabağ” tamam başqa futbol oynayır. Fərqli oyun üslubu olan klublardır. İnanıram ki, daha maraqlı olacaq".

"Xəzər Lənkəran"da maaşların verilməməsi barədə xəbərlərə gəldikdə, futbolçu bu məsələyə beləşərh verib: "Bəzən 1-2 ay gecikmələr olur, lakin maaşların verilməməsi ciddi söhbət deyil. Onu ağlınıza gətirməyin".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30