24 Iyun 2019, Bazar ertəsi
Balayev: "Vaxtımız az idi"
Romero rəsmən “Qarabağ”da
Boksçumuz erməniyə qalib gəldi
"Səbail"dən növbəti transfer

Ölkə futbolu

Jaba: “Hər bir hakim fikirləşir ki, "Bakı” bitib”

"Bakı" klubunun futbolçusu Jaba "Xəzər Lənkəran"la qolsuz başa çatandan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Matç necə keçdi?

- Yaxşı. "Xəzər-Lənkəran” çox yaxşı komandadır. Onların legionerləri çoxdur, bizdə isə az. Bizdə sadəcə, gənclər oynayır. Onda da hər oyun çətin olur. Biz bu gün çox yaxşı oynadıq, mübarizə apardıq.

- Futbolçulara əsəbiləşirdin...

- Normaldır. Bizim üçün burada pul yoxdur. Ona görə də həmişə dava, ehtiras var. Amma birinci hissədə hamı bərabər oynayırdı, hamı yaxşı idi. Çünki, bizdə sadəcə, gənclərdir, ancaq yaxşı oynayırdıq.

- Klubdan getməyi düşünürsən?

- Yox, mən burada xoşbəxtəm.

- Yenidən Azərbaycana gəlməyinin səbəbi nədir?

- Hafiz Məmmədov zəng elədi, mən yenidən gəldim. Həmin vaxt bilmirdim ki, klub bu vəziyyətdədir. Ancaq problem yoxdur, inşallah ikinci dövrədə yaxşı transferlər olacaq. "Bakı” yuxarı qalxacaq.

- Maliyyə sıxıntısı nə vaxt həll olunacaq?

- Bilmirəm, dostum. Sadəcə, Allah bilir.

- Azərbaycana gəldiyin zaman klubun bu halda olduğunu bilmirdin?

- Bilmirdim. Komanda qutu deyil, hamısı gənclərdir. Yaxşı oynayırlar.

- Komandadan oyunçuların çoxu gedərsə nə edəcəksiz?

- Görək də, gözləyirik.

- Legionerlərin getməsi gözlənilir. Sənə bir söz deyiblər?

- Hələ iki matç var. Görək də.

- Göndərilərsənsə, yenidən gəldiyin üçün peşmanlıq duyacaqsan?

- Hafiz Məmmədovla danışıb müzakirə edəcəyik ki, burda qalacağam, yoxsa gedəcəyəm. İndi heç nə bilmirəm.

- Bu matçda hakimə çoxlu etirazlar etdin...

- Həmişəki kimi. İndi "Bakı”da əhval-ruhiyyə pisdir. Hakimin həmişə başqa komandaya tərəf qərarlar qəbul etməsi normaldır. "Qarabağ”, "Neftçi”, "Qəbələ”... Normaldır.

- Sizi sıxışdırırlar?

- Hər bir hakim fikirləşir ki, "Bakı” bitib. Ona görə də bizə qarşı qayda pozuntularına cəza vermirlər.

- Məgər hakimlərin belə davranmasının səbəbi "Bakı”da olan sıxıntılardır?

- Yox. Deməli, gənclərə sayğı yoxdur (gülür). Futbol belədir. Nə vaxt həvəslə oynasan, onda hakim də sənə qarşı normal davranar. "Bakı”da əhval-ruhiyyə pisdir (sportnet.az). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit