19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Rəvan"ın heyətində ciddi itkilər

 

"Rəvan” sabah Premyer Liqanın 30-cu turu çərçivəsində "Kəpəz”in qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, komanda bu günkü səhər məşqi ilə bu oyuna hazırlığı başa vurdu.

Baş məşqçi Ramil Əliyev təxminən 1 saatlıq məşqdə yetirmələrinin topu özündə saxlaya bilməsi üzərində xüsusi dayandı. Xüsusən də rəqibin pressinqi altında topu itirməməyə hesablanmış nüanslarda. Euna zamanda qısa ötürmələr və qapıya zərblər üzərində işləmək də yaddan çıxmadı.

Qeyd edək ki, gənc çalışdırıcını qayğılandıran əsas məsələ heyətin komplektliyi ilə bağlıdır. Axı "Sumqayıt”la son oyunda Orxan Lalayev və Samuel Barlay ikinci sarı vərəqələrini alaraq meydandan qovulmuşdu. Üstəlik, Miloş Adamoviç də sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb. Bura Nikolay Orlovskinin ayağından hələ də ağrılar hiss etdiyini əlavə etsək, vəziyyətin qəliz olduğu tam aydınlaşar. Axı söhbət 3 əsas heyət oyunçusundan gedir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30