20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Emil Balayev: “6 aya “Ayntraxt”ın əsas qapıçısına çevriləcəyimə inanıram”

“Klub rəhbərliyinə minnətdarlıq edirəm. Onlar bu keçidin reallaşması üçün nə lazımdısa, etdilər. Bütün sənədləri vaxtında Almaniyaya göndərdilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubuna transfer Emil Balayev deyib.

Bundesliqa klubuna keçidi ilə bağlı bu gün mətbuat konfransı keçirən gənc qapıçı, Almaniyaya böyük ümidlərlə yollandığını bildirib: “Bilirəm ki, üzərimə böyük yük düşür. Almaniyada mən təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəyəm. Özümə güvənirəm. İnanıram ki, etimadı doğruldacağam”.

“Əsas heyətə düşmək üçün nə qədər vaxta ehtiyac duyursan” sualını Balayev belə cavablandırıb: “Orada sağlam rəqabətdi. Alman məktəbinin güclü olduğu hər kəsə bəllidir. “Ayntraxt”da da güclü qapıçılar var. Amma özümə inanıram. Bacardığımın nəinki 100 faizini, hətta daha artığını göstərməliyəm. Əsas heyətə dərhal düşməyim çətindir. Bunu özüm də bilirəm. Bir qədər vaxta ehtiyac var. Yaya kimi “bişməliyəm”. İnanıram ki, 6 aya əsas heyət üzvünə çevrilə biləcəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30