20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Hesaba alınmayan qol: səhv, yoxsa zərurət? YAZI

Təsadüflərə inanmıram. Həyatımızda baş verən hadisələr zərurətdən doğur. Fəlsəfədə təsadüf zərurətin təzahür forması kimi qəbul olunur. “Qarabağ”ın başına gələnlər təsadüf, yoxsa zərurətdir?

Zərurət haqqında hələ çoxdan yazmaq istəyirdim. “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanandan, səfərdə “Dnepr”ə qalib gələndən, rəqib meydanında “Sent-Etyen”lə heç-heçə oynayandan sonra… Hər dəfə məqsədimin təxirə düşməsinin səbəbi komandamızın pley-offa vəsiqə əldə etmə ehtimalından irəli gəlirdi.

Son illərdəki uğurlu nəticələri “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmasını zəruri edirdi. “Tvente” ilə matçda Leroy Corc, Danilo Dias kimi futbolçuların zədədən əziyyət çəkməsi Muarremin əsas heyətdə yer almasını zəruri etdi ki, məhz makedoniyalının vurduğu qol tarixi uğurda mühüm rol oynadı.

Elə “Dnepr”lə səfər qarşılaşmasında da “Qarabağ” futbolçu sarıdan korluq çəkirdi: Leroy yox, Çumbinyo yox, Dias yox... “Sent-Etyen” və “İnter”lə qarşılaşmalarda isə zədə hamının qəhrəman kimi qəbul etdiyi Reynaldonu oyundankənar vəziyyətə salmışdı.

Sanki İlahi Ədalət hər şeyi “Qarabağ” üçün hesablamışdı. Zərurət hər dəfə komandanın inkişafına təkan verir və nəticələrin daha uğurlu alınmasında rol oynayırdı. Burada heç bir təsadüf yox idi. Böyük futbol ölkələri təmsilçiləri ilə mübarizədə “Qarabağ”, addım-addım, pillə-pillə məqsədinə doğru irəliləyirdi.

Təsadüflərin arxasında bir zərurət, qanunauyğunluq dayanır. Görəsən, son məqamda çex hakimin qərarı təsadüf, yoxsa zərurət idi? Məncə, bu, zərurətdən irəli gəldi. Bəli, yuxarıda deyildiyi kimi, təsadüfdən doğan zərurət. “Qarabağ”ın tam qaydalar çərçivəsində vurduğu qol qeydə alınmadı. Bu amil “Qarabağ” həqiqətlərinin dünyaya çatdırılmasını zərurətə çevirdi. Tarixdə, siyasətdə, incəsənətdə, mədəniyyətdə illərdir “qulağı kar”, “gözü kor” dünyaya çatdıra bilmədiyimiz həqiqətləri bir səhv çox qısa zaman kəsiyində ünvanına çatdırdı. İndi uzaq Samoada, Nepalda, Mozambikdə, Almaniyada, Kanadada, İspaniyada, Braziliyada, elə həmin İtaliyanın özündə  hakim ədalətsizliyi ilə üzləşən komandalardan danışanda mütləq “Qarabağ” da yada düşəcək. Bu zərurət Azərbaycan üçün həyatı əhəmiyyət və maraq kəsb edən Qarabağ həqiqətlərinin olduğu kimi təbliğində mühüm rol oynadı, böyük qələbəyə gedən yolda yaşıl işığa döndü.

Dekabrın 11-də “Qarabağ” uduzmadı, Qarabağ, geniş anlamda isə Azərbaycan qələbə qazandı! Nə qədər pafoslu səslənsə də, bu, məcburi zərurətin meydana gətirdiyi reallığın diktəsidır...

Kamal RZA, Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30