Ölkə futbolu
Layiqli çıxış, ədalətsiz sonluq YAZI
Azərbaycan klubları üçün avrokuboklarda daha bir mövsüm başa çatdı. Əslində, ölkəmiz üçün sayca 19-cu olan mövsüm ən azı gələn ilin fevralına, yəni pley-off mərhələsinin startına kimi uzanmalı idi. Çünki sonuncu təmsilçimiz olan “Qarabağ” mübarizə apardığı Avropa Liqasında qrupdan cıxmağı haqq etdi. Ancaq Miroslav Zelinkanın başçılıq etdiyi çexiyalı hakimlər briqadasının Ağdam klubunun son saniyələrdə vurduğu təmiz qolu saymaması, həmin epizodda ofsaydı qeydə alması ilə bağlı ədalətsiz qərarı 1/16 finala vəsiqəni əlimizdən aldı. Buna görə mövsümə yekun vurarkən, “Qarabağ”a təşəkkür edərək, belə qiymət verə bilərik - layiqli çıxış, ədalətsiz sonluq.
Əlbəttə, indi bütün futbolsevərlərimiz UEFA-dan xoş xəbər gözləyir. Ancaq biz nə qədər ümid etsək də, reallıq başqa şeyi deyir. Bu isə hakim səhvinə görə oyunun nəticəsinin dəyişdirilməməsindən ibarətdir. Dünya futbolunda ən ali qurumlar - FİFA və UEFA məsələyə birmənalı olaraq belə yanaşır. Deməli, bizlərə gələn mövsümü düşünməkdən başqa bir şey qalmır.
“NEFTÇi”DƏN 2 DƏFƏ ÇOX
Beləliklə, “Qarabağ” mübarizəni 6 xalla başa vurdu. Bu isə qrup mərhələsində ilk təmsilçimiz olan “Neftçi”dən (2012/13 mövsümü) 2 dəfə çox xal toplanması deməkdir. Üç xallıq fərq isə qələbəyə görədir. “Qarabağ” da “Neftçi” kimi 3 dəfə heç-heçə etsə də, tarixi rəqibindən fərqli meydanı qalib tərk edə bildi. Sadəcə, bu, səfərdə - Kiyevdə olduğundan, qrup mərhələsində evdə hələ ki qələbə qazana bilməmişik.
Ağdam təmsilçisi qrupda mübarizəni 3-cü, paytaxt klubu 4-cü pillədə başa vurdu. Əslində, “Neftçi” onu qabaqlayan “Partizan” kimi 3 xal toplamışdı. Sadəcə, şəxsi oyunlardakı nəticə, daha doğrusu, səfərdə vurulan qol (Belqradda 0:0, Bakıda 1:1) təmsilçimizi qrup sonuncusu etdi.
“İNTER”LƏ EYNİ NƏTİCƏYLƏ YEKUN
Qrup mərhələsindəki hər iki komandamız mübarizəni İtaliya nəhənglərindən olan “İnter”lə oyunla başa vurdu. Özü də maraqlıdır ki, rəqib nə qədər güclü olsa da, hər iki halda meydanı məğlub tərk etmədik - “Neftçi” 2:2, “Qarabağ” 0:0. Fərq yalnız məkanlardadır ki, iki il öncə Milanda, məşhur “San-Siro”da, bu dəfə isə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda heç-heçə qeydə alındı.
Qrup mərhələsində “İnter”lə rəqib olmağımız diqqət çəkir. Özü də Milan təmsilçisi hər iki halda 1/16 finala çıxmaq vəzifəsinin öhdəsindən asanlıqla gəlib. Digər maraqlı məqam postsovet məkanı təmsilçilərinin rəqib olmasındadır. Belə ki, “Neftçi” Rusiya “Rubin”i, “Qarabağ” Ukrayna “Dnepr”i ilə bir qrupa düşdü. Qalan rəqiblər isə “Partizan” (Serbiya) və “Sent-Etyen”in (Fransa) timsalında Avropa təmsilçiləri idi.
Ən çox “Dnepr”dən xal alasan, “Dnepr”dən arxada qalasan
“Qarabağ” rəqiblərinin hər birindən xal ala bildi. Maraqlıdır ki, Ağdam klubu ən çox - 3 xalı 2-ci yerin sahibi “Dnepr”dən götürsə də, yekunda ondan cəmi 1 xalla arxada qaldı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Sent-Etyen”dən 2, “İnter”dən 1 xal aldı. Azərbaycan çempionu “Dnepr”dən məğlubiyyəti Bakıda, “İnter”dən Milanda aldısa, fransızlara yenilmədi. “Neftçi” isə buna “Partizan”la matçlarda nail olaraq, 0:0 və 1:1 hesablı bərabərliklərə imza atmışdı. Bakı təmsilçisi “İnter”ə Bakıda məğlub olmuşdusa (1:3), “Rubin”dən xal ala bilməmişdi (hər iki oyunda 0:1).
Ümumiyyətlə, “Qarabağ”ın bu mövsüm avrokuboklarda keçirdiyi bütün 12 oyuna nəzər salsaq, heç bir halda rəqibinə hər 2 matçda uduzmadığını görərik – Çempionlar Liqasında “Valletta” (Malta, 1:0 və 4:0) və “Zalsburq”la (Avstriya, evdə 2:1, səfərdə 0:2), Avroliqada “Tvente”ylə (Hollandiya, evdə 0:0, səfərdə 1:1).
ƏN POPULYAR HESAB
“Qarabağ”ı pley-offdan kənarda qoyan 0:0 qrup mərhələsində bizim üçün hələ ki ən populyar hesabdır. Belə ki, “Qarabağ” 2, “Neftçi” isə 1 dəfə qolsuz bərabərliyə imza atıb. Özü də hər iki komandamızın qrupda debütləri məhz hesabla olub. Təmsilçilərimizin “İnter”ə məğlubiyyətlərinin 2 top fərqi ilə olması da diqqət çəkir.
KANALESƏ ÇATAN OLMADI
Azərbaycan klubları qrupda ümumilikdə 7 qol vurub. “Neftçi” xal sayına görə “Qarabağ”dan geri qalsa da, qollarda onu qabaqlayır – müvafiq olaraq 4 və 3. Qrup mərhələsindəki bombardimiz də “Neftçi”nin futbolçusudur. Söhbət hazırda da bu komandanın şərəfini qoruyan çilili hücumçu Nikolas Kanalesdən gedir. Debüt mövsümündə 26 qolla çempionatımızın bombardiri olan bu legioner qrup mərhələsində 2 dəfə fərqlənib. Özü də Kanales hər iki halda milanlıların qapısına yol tapıb. Nikolas qrup mərhələsində ilk qolumuzun müəllifi kimi də adını Azərbaycan futbolunun tarixinə yazdırıb. “Neftçi”dən habelə Rəşad Sadiqov “İnter”i (Milanda), Flavinyo “Partizan”ı (Bakıda) məyus edib.
“Qarabağ”a gəlincə, Muarem Muarem “Dnerp”ə Kiyevdə, Leroy Corc Bakıda qol vurub. Vüqar Nadirov isə “Sent-Etyen”i Fransada oyuna mərkəzdən başlamağa məcbur edib. Muaremlə (“Tvente”ylə səfərdə) Corc (“Valletta”yla evdə) təsnifat mərhələsində də fərqləndiklərindən, hərəyə 2 qolla “Qarabağ”ın bu mövsüm avrokuboklarda bombardirləri oldular. Komandanın onlar sayda qol vuran digər legionerləri - Danilo Diasla Cumbinyo isə yalnız təsnifat mərhələsində Malta çempionu ilə matçlarda fərqləniblər.
Azərbaycanın bu mövsüm avrokuboklarda bombardiri isə "Neftçi"nin kamerunlu hücumçusu Ernest Nfor oldu. Komandasının Avroliqanın III təsnifat mərhələsində Gürcüstünda "Çixura"ya 3:2 hesabı ilə qalib gəldiyi cavab oyununda fərqlənən legioner 2014/15 mövsümündə yeganə het-trikimizin müəllifi kimi tarixə düşdü.
ƏVƏZOLUNMAZLAR VƏ TƏRLANIN ÖZƏLLIYI
“Qarabağ”ın qrup mərhələsində 4 futbolçusu əvəzolunmaz çıxış edib. Bunlar bosniyalı qapıçı İbrahim Şehiç, alban müdafiəçi Ansi Aqolli və millimizin arxa xətt oyunçuları Bədavi Hüseynovla Qara Qarayevdir. Ağdam klubunu pley-offa çıxaran, ancaq sayılmayan qolunun müəllifi olan braziliyalı yarımmüdafiəçi Riçard Almeyda da 6 turun hamısında meydanda olsa da, 1 dəfə əvəzlənib (Dnepr”lə səfər oyununun 82-ci dəqiqəsində).
Maraqlıdır ki, “Neftçi”dən də 4 futbolçu qrup mərhələsində əvəzolunmaz oynamışdı. Bunlar serb qapıçı Saşa Stamenkoviç, müdafiəçilər - makedon İqor Mitreski ilə braziliyalı Bruno Bertuççi və çilili hücumçu Nikolas Kanalesdir. Göründüyü kimi, təmsilçilərimizdə qapıçılar əvəzolunmazdırlar. Şehiç 5, Stamenkoviç 8 dəfə topu tordan çıxarmağa məcbur olub.
Gənc müdafiəçi Tərlan Quliyev isə qrup mərhələsində hər 2 təmsilçimizin heyətində olmuş yeganə futbolçudur. Artıq əsas yığmaya da cəlb olunan U-21-in sabiq kapitanı “Neftçi”ylə yalnız “İnter”lə Bakıdakı matçda ehtiyatda qalmış, qalan 5 oyunun hər birində 90 dəqiqə forma geyinmişdi. “Qarabağ”ın heyətində qrup mərhələsində meydana çıxmayan Quliyev yeganə oyununu “Valletta”ya qarşı Respublika stadionunda keçirib.
ÇL-İN QRUPUNA DÜŞMƏK ÜMİDİYLƏ
Bu mövsüm futbolumuz üçün avrokuboklar mövsümü həm də ona görə uğurlu sayılmalıdır ki, qrupda birdən-birə 2 komanda ilə təmsil olunmağa yaxın idik. Ancaq Belqraddan münasib nəticə (2:3) ilə qayıdan “Neftçi” son anda büdrəyərək, “Partizan”ı keçə bildi.
“Neftçi” qrupda oynadığı zaman avrokuboklarda mövsüm bizim üçün dekabrın 6-da bitmişdisə, bu dəfə həyəcan 5 gün artıq çəkdi. Təbii ki, futbolsevərlərimiz qrup mərhələsinin həyəcanını yenə yaşamaq istəyir. Özü də Avroliqada bu, artıq keçilən yol olduğundan, növbəti çıxışın Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında (ÇL) olmasını çox arzulayırıq. Əlbəttə, bunu ilk gerçəkləşdirən Azərbaycan klubu daha böyük tarix yazmış olacaq. Həm də onu unutmayaq ki, həm “Neftçi”, həm də “Qarabağ” Avroliqanın qrupuna çempion olaraq mübarizəyə başladıqları ÇL-dən düşüb. Həmin turnirin III təsnifat mərhələsində mübarizəni dayandıran klublar qaydalara əsasən Avroliqanın pley-offuna qatılırlar. İndi qalır ÇL-də də bu mərhələyə yüksəlmək və son sınaqdan üzüağ çıxmaqla qrupa düşmək. Bunu isə avrokuboklarda Azərbaycan üçün yubiley – 20-cü mövsümdə gerçəkləşdirməyin öz yeri var...
Mehman SÜLEYMANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü