29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

10 dekabr - Ümumdünya futbol günü ilə əlaqədar Sumqayıtda tədbir keçirilib

10 dekabr - Ümumdünya futbol günü kimi qeyd edilir. Futbolxeber.az-ın məlumatına görə, bu günlə əlaqədar olaraq, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" klubu futbolsevərləri sevindirib. Belə ki, "Kapital Bank Arena"da "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" FK-nun əməkdaşlarının birləşmiş komandası ilə Sumqayıt şəhərinin veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşmada "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov, texniki direktor Frank Bernhardt, məşqçilər - İlham Yadullayev, Samir Abasov, Etibar Tarıverdiyev Vəfadar Quliyev, İsmayıl Məmmədov, Azad Mütəllimov və başqa kimi simalar çıxış edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş veteranların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, klubun vitse-prezidenti Vaqif Ömərov və Sumqayıtın veteran futbolçusu Telman Salahov iştirakçılara üzərində "Sumqayıt" FK-nun futbolçularının imzası olan topları hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.

"Azərikimya" İB və "Sumqayıt" FK-nun birləşmiş komandası bu heyətlə çıxış edib: Aqil Məmmədov, Frank Bernhardt, Ceyhun Sultanov, İlham Yadullayev, Etibar Tarıverdiyev, Samir Abasov, Vəfadar Quliyev, Nail Məmmədov, Orxan Məhərrəmli, Samir Nəsirov, Vüqar Məmmədov, Aydın Xəlilov, Vüqar Rüstəmov, Vidadi Rüstəmov.

Baş məşqçi: Vaqif Paşayev

Məşqçi: Hikmət Bağırov

Sumqayıt veteranlar klubu bu heyətlə çıxış edib: Fəxrəddin Həsənov, İsmayıl Məmmədov, Əvəz Süleymanov, Azər Mehdiyev, Ramin Hüseynov, Vüqar Quliyev, Telman Kərimov, Kənan Hacıyev, Zakir Rəşidov, Rəşad Muradov, Elxan Orucov, Azad Mütəllimov, Rəşad Mustafayev.

Baş məşqçi: Telman Salahov

Məşqçi: Ağamusa Bağırov




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31