24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Tahir Gözəl: “İnter” üzərində qələbəni maddiyyatla ölçmək düzgün deyil”

“Bugünkü səviyyəyə çatmasına görə Azərbaycan xalqını təbrik edirəm. Bu, böyük uğurdur”. Futbolxeber.az-ın bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avroliqanın qrup mərhələsinin son turunda "İnter"ə qarşı oyundan öncə jurnalistlərə açıqlamasında deyib.

T.Gözəl “İnter”lə oyunda komandasına inandığını bildirib: “Bizim üçün də böyük qürurdur ki, “Qarabağ” adını Avropaya tanıtdırırıq. Azərbaycan xalqının sabah “Qarabağ”ı böyük bir iradə ilə dəstəkləməyə dəvət edirəm. Oyun öncəsi komandaya baş çəkdim. Ümidvaram ki, “Qarabağ” “İnter” üçün çox çətin rəqib olacaq. Sabah “Qarabağ”ın uğurunu görürəm. Mən buna inanıram. Bu ümidlə burdayam. “İnter”ə qalib gəlsək, bunun özü böyük bir mükafat olacaq. Bunu maddiyyatla ölçmək düzgün deyil. Məncə, bu tarixi yaşamaq Azərbaycan xalqı üçün ən böyük hədiyyə olar. Futbolçulara mükafat vermək də vacibdir. Biz hər zaman buna hazırıq"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30