19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Nemanya Vidiç Bakıya gələsi olmadı

Avropa Liqasının qrup mərhələsinin VI turunda sabah "Qarabağ"la qarşılaşacaq "İnter" klubu Bakıya itki ilə gəlir. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin müdafiəçisi Nemanya Vidiç paytaxtımıza gətirilməyəcək.

Buna serbiyalı futbolçunun hərarətinin yüksəlməsidir. Həkimlərin məsləhətindən sonra 33 yaşlı futbolçunun adı Bakıya gələcək heyətdən çıxarılıb.

Bu gün saat 18:30-da Bakıda olacaq "İnter" klubu iki saat sonra matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxacaq. Bundan yarım saat öncə isə komandanın baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq. 

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30