29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Seyidov: “Əgər bu xəbər doğrudursa, o zaman mütləq müvafiq qurumlara müraciət edəcəyik”

“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov komandanın üzvü Yure Travnerin İngiltərənin “Ridinq” klubunda baxışda olması haqda yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az saytına verdiyi açıqlamada klub rəsmisi deyib: “Yayılan xəbərlərlə tanışam. Mətbuat vasitəsi ilə bu haqda xəbər tutmuşam. Bizdə olan məlumata görə, Travner Sloveniyadadır. Hər halda sonuncu dəfə əlaqə saxlayarkən o, müəyyən problemlərə görə ölkədən çıxa bilmədiyini bildirdi. Hazırda məsələni araşdırırıq. İlk növbədə Travnerin “Ridinq”in düşərgəsində olub-olmadığını öyrənəcəyik. Əgər bu xəbər doğrudursa, o zaman mütləq müvafiq qurumlara müraciət edəcəyik. Travnerin bizimlə mövsümün sonuna kimi müqavilsəi var. Özbaşına başqa bir kluba keçə bilməz. İnanmıram ki, “Ridinq” kimi peşəkar bir klubda da başqa klubla müqaviləsi olan futbolçunu baxışdan keçirsin”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31