16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rəşad Sadıqov: “Əlimizdən gələni edəcəyik ki, “İnter”lə oyunda yaxşı nəticə qazanaq”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyundan öncə UEFA-nın rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Sadıqov matçın çətin keçəcəyini bildirib: “A” seriyasında çıxış edən və Avropanın adlı-sanlı klubu olan “İnter”ə qarşı mübarizə aparmaq çox çətin olacaq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, yaxşı nəticə əldə edək. Azarkeşlərimiz qarşısında çıxış etmək məsuliyyətimizi daha da artırır. Deyirlər ki, “İnter”in baş məşqçisi Roberto Mançini heyətin əsas futbolçularını gətirməyəcək. Lakin bu, bizim üçün üstünlük sayılmır. Çünki oynamaq şansı tapan hər bir futbolçu özünü məşqçiyə yaxşı tərəfdən göstərməyə çalışacaq. Biz də heyətin 3 əsas futbolçusunu itirmişik. Onlar zədə səbəbindən oynamayacaqlar. Ona görə biz səbrli oyun nümayiş etdirəcəyik. Allah bizə yardım edər”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30