6 Noyabr 2025, Cümə axşamı
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı
Qələbəyə bərabər heç-heçə

Ölkə futbolu

Novruz Əzimov “Lokomotiv”in meydana 7 futbolçu ilə çıxmasının səbəbini açıqladı

"Ağsu” ilə oyuna 12 futbolçu ilə yollanmışdıq. Yolda uşaqlar üçün bəzi yeyəcək və şirələr aldıq. Ağsuya çatan kimi uşaqlardan bəzisi qarınağrısından şikayətlənməyə başladı”. Futbolxeber.az-ın məlumatına görə, Sportpress.az saytına verdiyi açıqlamada bu sözləri “Lokomotiv”in baş məşqçisi Novruz Əzimov deyib.

“Ağsu” ilə oyuna cəmi 7 futbolçu ilə çıxan, ikinci hissədə isə ümumiyyətlə meydanda görünməyən komanda üzvlərinin bu addımın Əzimov futbolçuların halının pisləşməsi ilə əlaqələndirib: “Oyunun hakim-inspektoruna da bu haqda məlumat verdim. Amma o dedi ki, heç oynamamaqdansa yarımçıq heyətlə meydana çıxmaq daha yaxşıdı. Yeməkdən zəhərlənməyə görə yeddi futbolçu ilə meydana çıxdıq. Lakin oyunu başa çatdıra bilmədik və fasilədən sonra oynamamağa qərar verdik. İndi Bakıya qayıdırıq. Amma hələ də futbolçularda qarın ağrısı var".

Xatırladaq ki, I divizionun 14-cü turu çərçivəsində “Ağsu” ilə oyuna cəmi 7 futbolçu ilə çıxan “Lokomotiv”, ilk yarıdan sonra qapısında iki qol görüb. Komanda ikinci hissəyə çıxmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30