9 Noyabr 2025, Bazar günü
Millimiz mübarizəni dayandırdı
Elmar Baxşıyevdən qələbə şərhi
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi

Ölkə futbolu

“Sumqayıt”ın tarixində ilk yaşandı

"Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XV turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı. 1 heç-heçə edib, 10 dəfə uduzan komanda 12-ci cəhddə sindromu qırıb.

Aqil Məmmədovun yetirmələri həm də mövsümdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” V turun “Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı. Sentyabrın 14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləməli olub. Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb. Məhəmməd Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 57-ci qarşılaşmada qeydə alınıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30