29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Məgər, dünən "Qalatasaray"ın çempionluğunu qeyd edənlər İstanbul bələdiyyəsindən icazə almışdılar?"

 

"Xəzər Lənkəran" klubu AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bugünkü iclasında İntizam Komitəsinin Lənkəran klubu barədə çıxardığı qərarın (Azərbaycan Kubokunun “Xəzər Lənkəran”- “Bakı” oyununda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cərimə) qüvvədə saxlanmasına münasibət bildirdi. Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Futbolxeber.az saytına verdiyi açıqlamada belə dedi: "İntizam Komitəsi həmin qərarı çıxardıqdan sonra klub rəhbərliyinin göstərişinə əsasən ərizə ilə Appelyasiya və Ekspert Komitəsinə müraciət etdik. Fikrimizi belə əsaslandırdıq ki, bu cür hallar dünyanın istənilən yerində yaşanır. Bütün dünyada azarkeşlər sevinclərini bölüşmək üçün meydançaya axışırlar. Amma heç kim onları cəzalandırmır. Özü də bizim stadionumuzda həmin anda heç bir xoşagəlməz an yaşanmamışdı. Heç kimə zərər dəyməmişdi. Lakin Ekspert Komitəsi müraciətimizi qəbul etmədi. Bundan sonra hansı addımlar atacağımıza klub rəhbərliyi qərar verəcək".

H.Cəbrayıloğlu Lənkəranda yaşanan olaylarla bağlı maraqlı müqayisə də apardı: "Appelyasiya Komitəsində oturanların futboldan başları çıxmır. Dünən "Qalatasaray" növbəti dəfə Türkiyə çempionu oldu. Azarkeşlər Taksim meydanına toplaşaraq, çempionluğu orada sevinclə qeyd etdilər. Məgər, həmin insanlar bununla bağlı İstanbul Bələdiyyəsindən icazə almışdılar?"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31