Ölkə futbolu
“RoBerti”lərin müqayisəsi və ya Prosineçkiylə Foqts arasında paralellər
Berti Foqts oktyabrın 17-də Azərbaycan milli komandasının baş məşqçisi postundan gedəndən sonra onu kimin əvəzləyəcəyi ilə bağlı aparılan qızğın müzakirələr nəhayət, başa çatdı. Robert Prosineçkinin bu vəzifəyə gözlənilən təyinatı AFFA-nın İcraiyyə Komitəsinin son iclasında gerçəkləşdi. Bununla da millimizdə yeni era - “Prosineçki erası” başladı.
Avro-2016-nın seçmə mərhələsində gələn ilin martın 28-də Malta yığması ilə Bakıdakı oyunda rəsmi debütünü gerçəkləşəcək 45 yaşlı xorvatiyalı mütəxəssislə bağlı bir sıra maraqlı məqamlar diqqətimi çəkdi. Bu yazıda Prosineçkiylə Foqtsu birləşdirən və fərqləndirən məqamlara xüsusi yer vermişəm.
Almaniyada doğulan, Almaniyada oynamayan
Prosineçki uzun illər Yuqoslaviya, Xorvatiya müstəqillik əldə edəndən sonra isə bu ölkənin vətəndaşı olsa da, Almaniyaya da bağlılığı var. Belə ki, o, məhz Foqtsun vətənində dünyaya gəlib. Xorvatiyalı çalışdırıcı Almaniyanın Şvenningen şəhərində, Yuqoslaviyadan gələn mühacir ailəsində anadan olub və uşaq yaşlarında tarixi vətəninə köçüb.
Maraqlıdır ki, Prosineçki 18 illik peşəkar karyerası ərzində çoxsaylı klublarda çıxış etsə də, bunlar arasında Almaniya təmsilçisi olmayıb. O, tez-tez klub dəyişən futbolçu olduğu halda, Foqts bunun tam əksini nümayiş etdirib. Belə ki, 68 yaşlı almaniyalı sabiq çalışdırıcımız 14 illik futbolçu karyerasında yalnız bir kluba bağlı olaraq, Münhenqladbaxt “Borussiya”sına sadiqliyini sona kimi nümayiş etdirib. Özü də Foqts Prosineçkiylə müqayisədə yaşıl meydanda çıxışını daha tez – 33 yaşında başa vursa da, ondan çox – 419 oyun keçirib. Hər halda, 35 yaşında futbolçu karyerasını bitirən yeni çalışdırıcımıza da klub səviyyəsində 400 oyun səddinə çatmaq nəsib olub.
Eyni bürcdən, eyni gündə
Adlarındakı “bert”lə oxşar olan Foqtsla Prosineçki ata-oğul yerinə düşür. Hər halda, onların arasında 23 yaş fərq var. Bu iki məşhur futbol adamını qış aylarında dünyaya gəlmələri və eyni bürcdən olmaları birləşdirir. Belə ki, Foqts dekabrın 30-da, Prosineçki yanvarın 12-də anadan olub və bu tarixlərin ikisi də oğlaq bürcünə düşür. Onların təyinatları eyni tarixdə - 3-də gerçəkləşib. Fərq ondadır ki, Foqts 2008-ci ilin aprelin 3-də, Prosineçki 2014-cü ilin dekabrın 3-də millimizə gətirilib. Xorvatiyalı mütəxəssislə ayın 3-də 3 illik müqavilə imzalanması diqqət çəkir.
Çempionluğa gedən və qovulduğu oyunlardakı duellər
Təbii ki, Foqts futbolçu karyerasını bitirənədək Prosineçki peşəkar karyeraya başlamadığından, onlar yaşıl meydanda üz-üzə gələ bilməzdi. Ancaq bu, heç vaxt rəqib olmadıqları anlamına gəlməməlidir. Belə ki, onlar ardıcıl 2 mötəbər turnirin - 1996-cı il Avropa və 1998-ci il dünya çempionatının final mərhələsində öz yığmalarının heyətində bir-birlərinə rəqib olub. Təbii ki, Foqts məşqçi, Prosineçki futbolçu qismində. Həmin çempionatlardan birincisi almaniyalı üçün qızıl, ikincisi isə qara hərflərlə yazılan yarışdır.
Foqtsun məşqçilik karyerasında yeganə titul məhz 1996-cı ildə Avropa çempionu olmasıdır. Turnirin 1/4 final mərhələsində Almaniya və Xorvatiya yığmaları arasında Mançesterdə keçirilən oyun Bundestimin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Prosineçki bu matçda 90 dəqiqə oynayıb. Berti Foqtsun baş məşqçisi olduğu komanda İngiltərə keçirilən həmin qitə birinciliyində finala kimi irəliləyərək, sonda qalib olub.
Maraqlıdır ki, bu 2 yığma 2 il sonra dünya çempionatının final mərhələsində də 1/4 finalda görüşüb. Bu dəfə Xorvatiyanın 3:0 hesablı sensasion qələbəsi qeydə alınıb. Prosineçki bu matçda ehtiyatda qalıb. Foqts Liondakı həmin acı məğlubiyyətdən sonra Almaniya millisindən qovulub. Tale elə gətirdi ki, onu Azərbaycan yığmasından da xorvatiyalılar böyük hesablı məğlubiyyətlə (0:6) yola saldı.
Fərqli dünya çempionu, ən cavan əcnəbi baş məşqçi
Prosineçki millimizin 22 illik tarixinə 4-cü əcnəbi baş məşqçi kimi düşdü. Onlardan Foqtsadək qısa müddət bu postda olan makedoniyalı Qyoko Hacıyevskini nəzərə almasaq, digərləri futbolçu kimi dünya çempionluğunu qazanıb. Belə ki, milli komandamızın ilk əcnəbi çalışdırıcı olmuş braziliyalı KarlosAlberto Torres 1970-cu ildə keçirilən mundualın qalibi, “Futbol kralı” Pelenin kapitanı olub. Digər keçmiş müdafiəçi Foqts sonrakı - 1974-cü ildə keçirilən dünya çempionatının qızıl medalını qazanıb. Prosineçkiyə isə 1987-ci ildə Yuqoslaviyanın heyətində 20 yaşlılardan ibarət yığmalar arasında dünya çempionatının qalibi olmaq nəsib olub. Onu 59 yaşlı Hacıyevskiylə birləşdirən uzun illər bir ölkədə - artıq tarixin yaddaşına köçən Yuqoslaviyada yaşamalarıdır. Prosineçki əcnəbi çalışdırıcılarımız arasında yaşca ən kiçiyidir. Millimizin baş məşqçiləri arasında ən cavan - 38 yaşında bu vəzifəyə təyin edilən Vaqif Sadıqov olub.
Azərbaycana keçmiş məşqçisindən sonra gələn
Prosineçkinin həmyerlilərindən ölkəmizdə legioner həyatı yaşayanlar çox olsa da, məşqçilər haqda bunu deyə bilmərik. Təsadüfi deyil ki, Azərbaycanda işləmiş xorvatiyalı futbol çalışdırıcısı kimi yalnız “Neftçi”nin sabiq yarımmüdafiəçisi Darko Çordaşın atası Stepan Çordaşın adını çəkmək olar. Üstəlik, 2005-ci ildə “Olimpik”in (indiki AZAL) yüksək liqada ilk baş məşqçisi olmuş bu təcrübəli mütəxəssis debüt mövsümünün (2005/06) əvvəlində istefaya göndərildiyindən ölkəmizdə çox qısa müddət fəaliyyət göstərib.
Hər halda, Çordaş Prosineçkiyə yaxşı tanışdır. Məsələ ondadır ki, o, Xorvatiyanın əfsanəvi məşqçisi Miroslav Blajeviçin uzun illər yığmada köməkçisi olub. Çordaş Prosineçkinin bürünc medal qazandığı 1998-ci il dünya çempionatında Blajeviçinin başçılıq etdiyi məşqçilər korpusunda yer alıb. Göründüyü kimi, Prosineçki keçmiş məşqçisindən sonra futbolumuzda çalışacaq 2-ci xorvatiyalı mütəxəssisdir.
Tərlan Əhmədovun rəqibi, Saşa Stamenkoviçin baş məşqçisi
Yeni baş məşqçimizin futbolçu kimi qazandığı mükafatlar arasında 1990-cı ildə gənclər arasında Avropa çempionatının gümüş medalı da var. Yuqoslaviya həmin turnirin finalında SSRİ-yə məğlub olub ki, çempion komandanın heyətində azərbaycalı futbolçu Tərlan Əhmədov yer alıb. Düzdür, millimizin sabiq kapitanı, AZAL-ın hazırkı baş məşqçisi olan 43 yaşlı Əhmədov 2 dəfə keçirilən həlledici matçlarda meydana çıxmayıb. Prosineçki isə Simferopolda 1:3 hesabıyla uduzduqları oyunda 90 dəqiqə forma geyinib, Sarayevoda 2:4 hesabıyla yenildikləri matçı kənardan izləyib. Keçmiş yarımmüdafiəçi həmin qitə birinciliyinin ən yaxşı gənc futbolçusu seçilib.
Məlum olduğu kimi, Prosineçki karyerasında ən yüksək titulu – Çempionlar Kubokunu (hazırkı Çempionlar Liqası) qazandığı “Srvena Zvezda”da həm də baş məşqçi olub. Bu, 2010-2012-ci illərdə olub və xorvatiyalının baş məşqçi kimi ilk iş yeri idi. Onun 2010/11 mövsümündə sərəncamında olmuş qapıçılardan ikisi futbolsevərlərimizə yaxşı tanışdır. Söhbət serbiyalı əlcək sahibləri Saşa Stamenkoviçlə Boyan Pavloviçdən gedir. Stamenkoviç 2011-ci ilin yayında Belqrad klubundan gedişindən sonra “Neftçi”də çıxış edir. Pavloviç isə 2011/12 mövsümündə “Qarabağ”da oynayıb.
Beləliklə, Foqts futbolumuzda arxada qalan, Prosineçki yeni açılan səhifədir. Bizlərə isə millimizdə yeni səhifə yazmağa hazırlaşan ötənlərin məşhur “8 nömrə”sinə uğurlar arzulamaq qalır...
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- “Qarabağ”ın yeni transferi: “Keçidimə İmad Faraj dəstək oldu”
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
- Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
- Kurçinin qolu ayın ən yaxşısı seçildi
- "Tottenhem" öz meydanında uduzdu
- “Qarabağ” - “Araz-Naxçıvan” oyununun biletləri satışda
- Azərbaycan nümayəndə heyəti Strasburqda Avropa Şurasının antidopinq iclaslarında iştirak edib
- “Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub”
- Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
-
20:39
Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
-
20:06
Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”
-
19:55
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
-
19:10
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
-
18:47
Kaxaber Sxadadzedən qələbə şərhi
-
18:28
Bədii gimnastlarımız beynəlxalq turniri 6 medalla başa vurublar
-
18:04
"Qəbələ" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
16:25
Cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblar
-
15:42
“Karvan-Yevlax”ın sabiq futbolçusu İslandiya klubunda
-
14:19
"Çelsi" 7 cavabsız qolla yarımfinalda VİDEO
-
13:51
İsgəndərlinin komandası xalsız qaldı
-
12:36
"Atletiko" - "Barselona": 1 qırmızı vərəqə, 3 qol VİDEO
-
12:20
Joni Montiel: “Kim deyir ki, “Qarabağ” çempionluqdan əlini üzüb?”
-
12:07
“Qalatasaray” “Trabzonspor”a məğlub oldu VİDEO
-
11:43
“Əksər komandalarda “İsgəndər Cavadov” akademiyasının futbolçuları var”
-
11:18
“Arsenal” kubokla vidalaşdı VİDEO
-
10:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
“Bavariya”dan möhtəşəm geridönüş VİDEO
-
10:22
Axundzadə ABŞ-da ikinci oyununa çıxdı
-
10:09
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
09:56
Zamiqin komandası het-triklə sevindi
-
09:41
“Bayer”dən 6 qollu qələbə VİDEO
-
09:27
Cəlal oynadı, komandası qalib gəldi
-
09:13
"Real"dan gözlənilməz məğlubiyyət VİDEO
-
16:22
Azərbaycan Kubokunun yarımfinalında 18 illik məhsuldarlıq təkrarlanıb
-
15:14
Kadidən 40-cı qol
-
14:50
Eren Aydın: “Turan Tovuz”a qol vuracağımı hiss edirdim”
-
14:37
"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsini qazanıb
-
14:01
Səfir Antalyada “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
-
13:48
A seriyasında ən yaxşı məqşçisi kim seçildi?
-
12:29
Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku başlayır
-
12:13
Marko Yankoviç: “Hələ heç nə bitməyib”
-
11:56
"Mingəçevir" "Şəfa"nı 5 qolla məğlub etdi VİDEO
-
11:32
II Liqada hakim təyinatları açıqlandı
-
11:15
"Şahdağ Qusar" 3 xalı tək qolla qazandı VİDEO
-
11:00
Ronaldo qayıdışını dublla qeyd etdi
-
10:44
Orxan Məmmədov: “Əsas məqsədimiz minifutbolu gənclər arasında yaymaqdır”
-
10:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:08
26-cı turun hakim təyinatları açıqlandı
-
09:31
PSJ 3 xalı 3 qolla qazandı VİDEO
-
00:59
Seymur Məmmədov: “Deməzdim ki, “Zirə”nin çempionluğu sürpriz oldu”
-
00:36
Son 10 mövsümün azarkeş rekordu
-
00:13
Qurban Qurbanov: “Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da olar”
-
23:27
"Qarabağ"dan heç-heçə VİDEO
-
22:33
"Zirə" Azərbaycan çempionu oldu
-
21:56
"Zirə" finala yaxınlaşdı, "Qarabağ" qələbəni əldən verdi
-
21:42
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi VİDEO
-
21:11
"Hakimlərdən danışmaq istəmirik, danışanda bizi cərimələyirlər"
-
20:38
“Finala çıxdığımızı düşünmürəm”
-
20:20
Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
05.04.2026
04.04.2026
03.04.2026























