26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

AZAL: 2014-cü ilin ilk qələbəsi

Bakının AZAL klubu ev oyunlarında uğursuz seriyaya son qoyub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri mövsümdə ilk dəfə doğma meydanda  qələbə qazanıb. AZAL ötən mövsümün ikinci yarısında da ev matçlarında qalib gələ bilməmişdi. Bu isə o deməkdir ki, paytaxt təmsilçisi 2014-cü ildə ilk dəfə qonaqları xalsız qoya bilib. Bakılıların evdəki son qələbəsi 2013-cü il dekabrın 20-də qeydə alınmışdı. 344 gün əvvəl “Neftçi”ni 2:1 hesabı ilə yenən AZAL sonrakı 15 görüşdə qələbəyə həsrət qalmışdı: 8 heç-heçə, 7 məğlubiyyət.

Evdə 15 oyunluq qələbəsizlik Azərbaycan çempionatları tarixində 6-cı nəticədir. “Şəfa” 21, MOİK 20 (2005-06), “Bakı” (2001-03) və “Bakılı” (2007-08) 19, “Simurq” (2010-11) 16 oyunluq seriya ilə daha pis nəticə göstərib.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31