Ölkə futbolu
TOPAZ və onun Premyer Liqası
23 dekabr 1997-ci ildə çox gözəl bir “Bədən tərbiyyəsi və idman haqqında” Azərbaycan Respublikası qanunu qəbul edildi. Bu qanun qəbul ediləndə idman ictimaiyyəti çox sevindi. Hətta sevinənlər arasında biznesmenlər də var idi. İdman ictimaiyyətinin sevinməsini normal qəbul etmək olar: idmanın nüfuzunun yüksəldilmsi və sairə.
Bir xeylaq müddət biznesmenlərin bu qanunun qəbuluna sevinmələrini də idman ictimaiyyətinin sevinci ilə bərabər tutdum. Fikirləşdim ki, yəqin bizim biznesmenlər də idmanın inkişafı üçün əlindən gələn və gəlməyən hər şeyi edəcəklər.
Ehtimalım özünü doğrultmuşdu. Biznesmenlər əllərindən gələn və gəlməyən hər şeyi etdilər. Amma idmanın inkişafına yox, qazandıqlarını vergidən necə gizlətməyi, daha sonra hətta bir az da irəli gedərək “idman mərc oyunlarını” maliyyə fəaliyyəti hesab edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsindən belə. O dəyişikliyə kimi “idman mərc oyunlarını” vergi diliylə desək 18%-likdə oturmuşdular və dövriyyədən 18% məbləği büdcəyə köçürməyə məcbur idilər. Indi isə rahatçılıqdı, çünki maliyyə fəaliyyəti xidməti 18%-dən azaddılar, ancaq mənfəətdən vergi verirlər.
Ola bilər ki, bu qeyd etdiklərim idman ictimaiyyətinə (futbol komandalarının azarkeşləri, idmançılar) aidiyyatı olmasın və niyə də olmalıdı? Adamlar oyuna baxıb həzz alırlar, digəri isə oynayıb, pulunu qazanır. Onlara həqiqətən pulun mənbəyi o qədər də önəmli deyil. Önəmli başqa məsələdi.
Futbol üzrə milli çemppionatın keçirilməsinin sponsoru TOPAZ-dı. O TOPAZ ki, Azərbaycanda mərc oyunlarının keçirilməsində şəriki yoxdu. Şərik olanları da qanunvericiliyin imkan verdiyi qədər sıradan çıxartmaq olur.
TOPAZ bir idman markasıdı. Sahibi “Azərİnteltek” ASC-di. Indi də ASC kimi qalıb-qalmamasından xəbərim yoxdu. Bununla bağlı bir neçə il əvvəl babat bir araşdırma yazılarım mətbuatda getmişdi. Həmin araşdırma yazılardan sonra gözəgörünməz qüvvə qanunvericilikdə dəyişiklik etməyə məcbur qaldı.
Dəyişiklikdən sonra Aşıq Ələsgər demişkən, sındı qol-qanadım, yanıma düşdü. Bu haqda yazmayacağıma söz verdim. Amma və lakin sözümü tuta bilmədim. Səbəbini açıqlayacam. Və əslində bu yazının yazılmasında məqsəd budu.
Qayıdaq 1997-ci ildə qəbul edilmiş qanuna. Həmin qanunun 21-ci maddəsində deyilir ki, Bədən tərbiyəsi və idmanın maliyyə mənbələri Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitdən, idman tədbirlərinin televiziya vasitəsilə translyasiyasından, tamaşa xarakterli bədən tərbiyəsi və idman tədbirlərindən, idman lotereyasının keçirilməsindən daxil olan vəsaitdən, fiziki və hüquqi şəxslərin ianələrindən və digər mənbələrdən maliyyələşdirilir.
Çox gözəl maddədi. Alqışlanmalıdı. Bütün normal ölkələrə örnək olası maddədi. Yəni, birbaşa mənbəni göstərib.
Keçək qanun 22-ci maddəsinə. Bədən tərbiyəsi və idmanın inkişafına sponsorluğun əsasları və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
Hə, bax bu müvafiq qanunvericiliyi illərlə gözlədik. Düz 13 il. Bu 13 il ərzində maliyyələşmənin və sponsorluğun mənbəyi bilinsə də, qədəri bilinmədi. Əslində qədəri indi də bilinmir. AFFA hər il rəqəmlər açıqlayır. Ümumi rəqəmlər. Hara nə xərclənməsi bilinmir. Heç bizə maraqlı da deyil. Öz pullarıdı, özləri bilər hara xərcləyərlər.
AFFA sağ olsun yenə, rəqəmləri hər il açıqlayır. Amma di gəl ki, TOPAZ “Nuh deyir, peyğəmbər demir”, mülki qanunvericiliyin tələbi olmasına baxmayaraq yaranandan bəri heç bir maliyyə ilində maliyyə hesabatını ictimaiyyətə açıqlamayıb. Bunu da özləri bilər. Öz pullarıdı. Açıqlamaya bilərlər. Amma di gəl ki, hər il bir Premyer Liqada oynayan futbolçu “bu oyun satılmışdı”, “bu oyun alınmışdı” kimi bəyanatlar verməsi TOPAZ-ın sponsorluq etdiyi Premyer Liqada hansı pulların “dövriyyə” vurmasını ortaya qoyur.
Mərc oyun həvəskarları isə yazır. Kupon yazırlar, pullar xərcləyirlər. Analiz edirlər, komandaların vəziyyətinə baxırlar, hansı oyunçunun oynayıb-oynamamasını müzakirə edirlər, amma di gəl ki, udduqları pul cüzi, udduzduqları isə TOPAZ-ın insafına gedir. TOPAZ-ın da Allah insafını kəsməsin.
Burada bu söhbətə nöqtə qoyardım. Lakin yadıma düşdü ki, axı TOPAZ markasının sahibi Açıq Səhmdar Cəmiyyətdi, sponsorluq etdiyi Premyer Liqaya ödədiyi pulun miqdarını açıqlamağa borcludu.
Amma yox, bu dəfə nöqtəni qoyub, gələn dəfə üçün yeni abzasdan başlayacam. TOPAZ-ın xərclədiyi pulların abzası olacaq...
Mehman MURADLI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























