26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Pele Azərbaycana gələcək

Braziliyalı futbol əfsanəsi 74 yaşlı Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək. Futbolxeber.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Huffington Post” qəzeti məlumat verib.

Hazırda xəstəxanada olan sabiq futbolçu "Twitter" hesabı vasitəsilə onu sevənlərə vəziyyətinin yaxşı olduğunu bildirib: “Bu imkandan istifadə edərək bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır”.

Pele deyib ki, artıq reanimasiyada deyil, məxfilik məqsədilə xəstəxanada xüsusi otağa köçürülüb.

Qeyd edək ki, Pele noyabrın 13-də böyrək daşının götürülməsi üçün uğurlu əməliyyat olunub, lakin sonradan sidik yolu infeksiyası diaqnozu qoyulduğundan yenidən xəstəxanaya götürülüb.

Pele qeyd edib ki, qarşıdan gələn bayramları ailəsi ilə keçirmək, yeni ilə tam sağlam başlamaq və bir sıra beynəlxalq səfərlərə getməyə hazırlaşır.

Qeyd edək ki, Azərbaycan ilə yanaşı, Pele Avstraliya, Çin və Nigeriyaya da səfər etməyi planlaşdırır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30