24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Bu oyunu yaddan çıxartmaq lazımdır”

“Nəticə pis olmasa da, bizim üçün çox ağır oyun keçdi. Bilirdik ki, belə olacaq. “Sent-Etyen” son vaxtlar ən yaxşı oyunlarını keçirir. Baxmayaraq ki, qrupda heç-heçələri sıralayırlar, amma yaxşı oynayırlar”. Futbolxeber.az-ın Fransaya ezam olunmuş əməkdaşınnı verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. “Sent Etyen”lə oyun haqda danışan təcrübəli mütəxəssis rəqibə uğurlar arzulayıb: “Hücumda dəyişiklik etməyimizə seçimimizin azlığı mane oldu. Bu oyunu yaddan çıxartmaq lazımdır. 2 gündən sonra çempionatda ağır oyunumuz var. “Sent-Etyen” azarkeşləri önündə oynamaq yaxşı idi. Həmkarıma və onun komanda yoldaşlarına uğurlar arzulayıram”.

Qurbanov futbolçularından kimisə fərqləndirmək istəməyib: “Xallarımızın üstünə xal gəldi. Digər rəqiblərimizə baxsaq, bu 1 xal bizim üçün üstünlükdür. “İnter”də baş məşqçi dəyişikliyi olub və fərqli oyun nümayiş etdirəcəklər. Qrupdan çıxmaq şanslarımız yaxşı olsa da, hələ hər şey bəlli deyil. Nə Vüqarı, nə də Şehiçi ayrıca qəhrəman saymaq istəməzdim. Onların yaxşı oynamaq vəzifəsidir. Sadəcə, bütün komandadan razı qaldım. Bu gün komandanı ayrılıqda fərqləndirmək istəməzdim.

“Qarabağ”ın çalışdırıcısı oyundan əvvəl rəqibin məşqini izləməsinin səbəbini açıqlayıb: “Oyundan öncə onların məşqinə baxmağımın səbəbi “Sent-Etyen”in Bakıda oynamayan bəzi futbolçularını görmək idi. Çəkindiyim bir şey yox idi. Sadəcə əlimdə seçimimin çox olmasını istərdim. Belədə oyunun gedişatında dəyişiklik etmək imkanımız olacaqdı. Baxmayaraq ki, uduzmadıq, amma rəqibə bir neçə qol vurmaq imkanı verdik.

İndiyədək hakimdən nə razı olmuşam, nə də narazı. Onların işinə heç vaxt qarışmaq istəməmişəm”.

Qurbanov zədəli futbolçulardan da söz açıb: “Zədəli oyunçularımızın durumları bir qədər yaxşı deyil. Onların “İnter”lə oyuna hazır olacağı inandırıcı deyil. Seçim az olanda məşqçiyə çox iş düşür. Ancaq şikayətlənmirəm. Düşünürəm ki, bunun məşqçilik karyeramda faydası, təcrübəsi olacaq. Bu onu göstərir ki, nə qədər çox heyətimiz olsa, bir o qədər yaxşı olar. Hücumda futbolçumuz qalmamışdı. Yalnız Cavid vardı, o da dünənki məşqdə zədələndiyi üçün “18-liy”ə salınmamışdı

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30