25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ”: “Kəpəz”in rekordundan 1 addım geridə

 

Ağdamın “Qarabağ” klubunun qələbə seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Premyer Liqada martın 12-də 23-cü turun “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzandan sonra 29-cu turun mayın 4-dəki “Neftçi” ilə görüşünədək (1:2) 5 qələbə sıralamışdı. Bu qələbələri ümumi 8:3 top fərqi ilə qazanan “Qarabağ” mövsümün rekordunu təkrarlayıb.

Belə ki, “Neftçi” 18-22-ci turlarda 5 ardıcıl qələbə qazanmışdı. Lakin bakılıların top fərqi daha sanballı idi – 12:3.

Mövsümdə ardıcıl 5 qələbə qazanan 3-cü komanda isə AZAL oldu. Paytaxt təmsilçisi 24-cü turda martın 30-da “Xəzər Lənkəran”la səfərdə heç-heçə (1:1) etdikdən sonra qələbə seriyasını artıq 5-ə çatdırıb. AZAL-ın bu matçlardakı top fərqi 11:2-dir.

“Neftçi”nin seriyası çempionatın təsnifat mərhələsinə təsadüf edibsə, “Qarabağ” ilk, AZAL ikinci “altılıq”da 5 qələbəni sıralayıb. Bu isə o deməkdir ki, “Qarabağ” Azərbaycan çempionatları tarixində “altılıq”da qeydə alınan ən uzun qələbə seriyasının 1 addımlığında dayanıb. “Altılıq”da ən uzun qələbə seriyası 1998/99 mövsümündə qeydə alınıb. Həmin vaxt “Kəpəz” 28-33-cü turlarda ardıcıl 6 dəfə qalib gəlməklə çempionluğu təmin etmişdi və yalnız bundan sonra seriya qırılmışdı. “Qarabağ”ın həmin seriyasını təkrarlamasına 1 qələbəsi yetmədi. AZAL isə ikinci “altılıq” üçün 2010/11 mövsümündə qeydə alınan rekordu təkrarladı. Bələ ki, həmin vaxt “Muğan” da 5 qələbəni sıralamışdı.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən uzun qələbə seriyası da “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30