29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Son 15 ildə ilk dəfə

“Neftçi”nin futbolçusu Nikolas Kanales cari mövsüm Topaz Premyer Liqasında vurduğu qolların sayını 26-ya çatdırıb. Futbolxeber.az-ın məlumatına görə, buna XXIX turun “Qarabağ”la qarşılaşmasında dubl etməklə nail olan çilili hücumçu ölkə çempionatlarının son 15 ilində 25 və daha çox qol vuran ilk futbolçu olub.

Nikolasa qədər belə yüksək məhsuldarlıq 1996/97 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Neftçi”nin 2 futbolçusu 25-dən çox qol vurmuşdu.

Ümumiyyətlə isə Azərbaycan çempionatları tarixində 10-cu dəfə 1 futbolçu mövsümdə 25 və daha çox qol vurur. Bunlardan 6-sı ”Neftçi”nin üzvlərinin payına düşüb. Klub tarixinə 1 mövsümdə ən çox qol vuran 5-ci oyunçu kimi düşən Kanales “top-10”da ilk legionerdir.

Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 10 futbolçu

futbolçu

klub

qol

Nazim Əliyev

Xəzər (Sumqayıt)

39

Samir Ələkbərov

Neftçi (Bakı)

36

Musa Qurbanov

Turan (Tovuz)

35

Qurban Qurbanov

Neftçi (Bakı)

34

Mehman Allahverdiyev

Kəpəz (Gəncə)

30

Yunis Hüseynov

Neftçi (Bakı)

29

Fazil Pərvərov

Kəpəz (Gəncə)

29

Nazim Əliyev

Neftçi (Bakı)

26

Nikolas Kanales

Neftçi (Bakı)

26

Samir Ələkbərov

Neftçi (Bakı)

25

Bu mövsüm ərzində ən çox qol vuran legioner ünvanını çoxdan ələ keçirən Kanaleslə yanaşı AZAL-ın braziliyalı hücumçusu Juniyor Nildo da əcnəbilər arasında ən yaxşılar sırasına düşüb. Növbəti dubluna imza atan cənubi amerikalı 1 çempionatda ən çox qol vuran legionerlərin siyahısında 3-cü yerə yüksəlib. Kanalesdən və Badri Kvaratsxeliyadan geri qalan braziliyalıya gürcüstanlıya çatmaq üçün cəmi 1 dubl etmək kifayətdir.

Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 6 legioner futbolçu

futbolçu

mövsüm

oyun

1

Neftçi (Bakı)

Çili

26

Badri Kvaratsxeliya

1997/98

22

3

AZAL

Braziliya

18

Georgi Adamiya

2010/11

30

5

Xəzər Lənkəran

Türkiyə

17

Valter Quqlemon

2008/09

24

<p margin-bottom:0in;margin-bottom:.0001pt;text-align:center"="" style="text-align: left;">17

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31