20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sadio Tounkara və Əfran İsmayılova şərti cəza

Bu gün AFFA İntizam Komitəsini n növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqanın XIII turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Neftçi” oyununun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün  futbolçu  2 oyun cəzalanır, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq..

Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 22 №-li futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün  futbolçu  2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30