25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadiqov: “Bu şokdan ayılmaq çox çətin olacaq” (Müsahibə)

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rəşad Sadiqov Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi”yə qarşı baş tutan qarşılaşmanı necə şərh edə bilərsən?

- “Xəzər Lənkəran” - “Neftçi” oyunları həmişə gərgin olur. Amma bu qədər də gərgin olacağını düşünmürdük. 4 qırmızıvərəqənin olacağını heç kim gözləməzdi. Qarşılaşma çətin alındı. Qələbə qazanmağa çox yaxın idik. Amma heç nədən qapımızda qol gördük. Xal itkisi çox acı oldu. Bu xal itkisinin şokundan ayılmaq çox çətin olacaq.

- Kənardan belə görünürdü ki, hər iki tərəf hakimdən narazıdır...

- Mənim hakimlər barədə nəsə deməyim düzgün olmaz. Onsuz da bununla heç nə dəyişməyəcək. Epizodlara baxıb, özləri qərar verəcəklər.

- Bu gün meydanda çox fəal idin. Bunda sabiq klubuna qarşı oynamağının rolu var idi?

- Bu barədə düşünmürdüm. Məni yalnız qələbə maraqlandırır. Çalışırdım ki, komandanın uğurunda pay sahibi olub. Əlimdən gələni edirdim.

- Xal itkisinə arxayınçılıq səbəb ola bilər?

- Arxayınçılıq deməzdim. Amma sona yaxın komanda çox arxaya çəkildi. Bu, düzgün deyildi. Müdafiəyə böyük diqqət ayırmağa ehtiyac yox idi. Rəqib hücum qurdu və səhvimizdən yararlanaraq, qol vurdu.

- Son turlarda ardıcıl xallar itirirsiniz. Bunun sonrasını fikirləşirsiniz?

- Əlbəttə, sonra çətin olacaq. Bu cür oyunda biz 3 xal götürməliydik. Amma 1 xalla kifayətləndik. Niyə də məyus olmayaq?

- Matçın Lənkəranda deyil, Bakıda keçirilməsinin oyununuza təsiri oldumu?

- Doğma meydanda oynasaydıq, daha çox azarkeş gələcəkdi. Orada oynamaqla buradakı oyunların ab-havası, atmosferi tamam fərqli olur.

- Hakimin gənc olması onun idarəçiliynə təsir etdi?

- Bu, özünü göstərirdi. Gənc hakimdi deyə özünü itirmişdi. Oyun başlayan kimi sarı vərəqələri paylamağa başladı.

- Bəlkə bu addımla o, baş verə biləcək gərginliklərin qarşısını almaq istədi?

- Ola bilər. Amma onun bu addımı əks təsir göstərdi. Oyunun ipini əlindən buraxmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30