20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Oğuz Çətin: "Tounkara və Əfranın hərəkətləri bağışlanası deyil"

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin "Neftçi" ilə 2:2 başa çatan oyundan sonra jurnalistlərin suallarına cavab verib. Futbolxeber.az xəbər verir ki, türk məşqçi futbolçuların cəzalanacağını söyləyib:  "Hər zaman deyirdim ki, çox qol epizodu olsa da, adi epizodda qol buraxırıq. Bu gün çox asan məğlub edə biləcəyimiz rəqiblə heç-heçə etdik. Oyunla bağlı nəsə demək istəmirəm. 2-1 hesabıyla qələbə qazanarkən, 2-2 hesablı heç-heçə alındı. Futbolçulara demişdim ki, 11 nəfərlə bitirək. Amma, Tounkara və Əfranın etdiyi hərəkətlər bağışlanası deyil. Bu gün çox fərqli qələbə əldə edəcəyimiz matçı, heç-heçə bitirdiyimiz üçün üzgünük. Xətalarımıza görə lazımı tədbirlər görüləcək. Bu qədər ciddi klubda belə xətalara yer yoxdur. Lazım olan cəzalar veriləcək. Bunu da oyunçular bilsin. Çox sadə epizodlarda qırmızı vərəqə verildi. Mən hakimi də günahlandırmıram, amma, elə epizodlarda oyunçular da davranışına fikir verməli idi. Təbii ki, hakim səhvləri də var idi. Mən 7 gün, 24 saat çox ciddi çalışıram. Azarkeşlərin məni sevib-sevməməsi barədə bir şey deyə bilmərəm. Şamonayev çox çalışsa da, mənim seçimim Vandersondur. Lazım olanda Şamonayevi oynada bilərəm. Futbolun içərisində söyüş olmamalıdır. Təəssüf ki, "Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri arasında bir aqressivlik var. İstərdim ki, hər iki komandanın azarkeşi matçı stadiondan izləsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30