19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Arif Əsədov: "Hakim bizi stressdə saxladı"

Bir az əvvəl başa çatan Xəzər Lənkəran - Neftçi (2-2) oyunundan sonra Neftçinin baş məşqçisi Arif Əsədov jurnalistlərə fikirlərini açıqlayıb: Futbolxeber.az xəbər verir ki, Əsədov oyun haqda bunları deyib: "Bu komandaların oyunu daim prinsipiallığı ilə seçilir. Oyun da bunu göstərdi. Öz komandam haqqında onu deyı bilərəm ki, hesabda geri olsaq da, həm də azlıqda idik. Hesabı bərabərləşdirdik. Hakimliklə bağlı nəsə demək istəmirəm. Təzyiqlərə baxmayaraq hesabı bərabərləşdirdik. Elə hakimlik idi ki, həm biz, həm də rəqib stressdə idi. Hücumda yalnız Nfor olduğu üçün, Emil Balayevin yerinə Vobayı əvəzlədim. Araz Abdullayevə cəza verilib. O əvəzedici heyətə göndərilməyəcək. Klubdaxili qərar veriləcək. Elvin Yunuszadə də bu gün gecikdiyi üçün o da matçın 18-liyinə daxil edilməyib".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30