18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Böyük oyun”da dava düşdü

Bu dəqiqələrdə davam edən “Böyük oyun”da futbolçular arasında mübahisə düşüb. Futbolxeber.az-ın məlumatına görə, oyunun 43-cü dəqiqəsində iki komanda üzvləri arasında mübahisə düşüb. Əvvəlcə “Neftçi” tərəfi rəqib futbolçunun əllə oynadığına görə hakimə sərt şəkildə etiraz ediblər. Tyaqo de Xesus və Karlos Kardosa mübahisə ediblər. Daha sonra mübahisəyə digər futbolçular da qoşulub. Lakin hakimlər aranı sakitləşdirməyə müvəffəq olublar. Referi yalnız şifahi xəbərdarlıqla kifayətlənib.

1 dəqiqə keçməmiş meydanda yenidən ara qarışıb. “Neftçi”nin üzvləri sərt şəkildə referiyə etiraz edərək, “Xəzər Lənkəran”ın üzvü Sadio Tounkaranın Flavinyonu yumruqla vurduğuna etiraz ediblər. Xüsusən də Saşa Stamenkoviç sərt şəkildə etirazını bildirib. Yekunda baş hakim Tounkaranı meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra “Xəzər Lənkəran” 2:1 hesabı ilə öndədir. Baş hakim Elvin Əsgərov Tounkaraya qədər “Neftçi”dən Emin Balayevi də meydandan qovub. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30