26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Marko Stanoyeviç: “Neftçi” hansı epizoda görə etiraz edir ki?” (Müsahibə)

“Simurq”un futbolçusu Marko Stanoyeviç Futbolxeber.az saytına müsahibə verib.

- “Simurq” “Qəbələ” üzərində qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Bilirdik ki, “Qəbələ” yaxşı komandadır və bizi qarşıda çətin oyun gözləyir. Oyuna çox ciddi şəkildə hazırlaşmışdıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. 90 dəqiqə ərzində yaxşı oyun göstərərək, qələbə qazandıq.

- Cərimə zərbəsindən gözəl qola imza atdın. Məşqlərdə bunun üzərində xüsusi çalışırsan?

- Əlbəttə. Məşqdən sonra da cərimə zərbələrinə, uzaqdan zərbələrə vaxt ayırıram. Standart vəziyyətlər bizim əsas üstünlüklərimizdən biridir.

- Hesabı açdıqdan sonra dubl etmək üçün də şansın oldu...

- Hə, real şansım var idi. Əgər, həmin epizodda fərqlənsəydim, hesab 2:0 olacaq və daha rahat qələbə qazanardıq.

- Qarşıda “Simurq”u daha bir çətin oyun gözləyir. Komandanız “Qarabağ”la matçda ardıcıl üçüncü qələbəsini qazana bilər?

- Kiminlə oynamaq bizim üçün vacib deyil. Biz hər oyuna qələbə üçün çıxırq. “Qarabağ”la oyun da istisna olmayacaq.

- Mövsümün sonunda “Simurq”dan nə gözləmək olar?

- Çempinatın sonuna hələ çox vaxt var. Hazırda bizi yalınız “Qarabağ”la oyun düşündürür. “Neftçi” ilə oyundan əvvəl də demişdim ki, bizim üçün rəqibin adı önəm daşımır.  

- Demək olar ki, “Simurq”un məqsədi Avroliqaya vəsiqə qazanmaqdı?

- Çempionatdan əvvəl qarşımıza məqsəd qoymuşuq ki, ilk “dördlük”də yer alaq. Bunun üçün də çalışırıq. Alınsa, super olar. Alınmasa, çox məyus olarıq.

- “Simurq” “Qəbələ” ilə oyunda cari mövsümdə ilk səfər qələbəsini qazandı. Belə çıxır ki, komandanız evdə daha yaxşı oynayır?

- Statistikaya əsasən belə demək mümkündür. Lakin elə səfər oyunları olub ki, yaxşı oynasaq da, rəqibə uduzmuşuq. “Neftçi” və “Qarabağ”a qarşı oyunları bu baxımdan qeyd etmək mümkündür.  

- Bəlkə bu komandanın süni qazona öyrəşməsi ilə əlaqədardı?

- Azərbaycanda süni ot örtüyü təkcə “Simurq”un stadionunda deyil. Düzdür, süni qazondan təbii ot örtüyünə keçəndə müəyyən fərqlər olur. Amma bütü klublar eyni şərtlər altında oynayır. Meydana çıxmışıqsa, oynamalıyıq.

- “Neftçi”yə qarşı keçirdiyiniz oyundan sonra rəqib hakim səhvlərindən gileyləndi. “Simurq” həqiqətənmi həmin gün hakimin sayəsində qalib gəldi?

- Mənim işim hakimlər haqda danışmaq deyil. Amma hesab edirəm ki, həm “Neftçi” ilə, həm də “Qəbələ” ilə oyunlarımızda idarəçilik normal olub. “Neftçi” hansı epizoda görə etiraz edir ki?

- Penaltilərə görə.

- Məncə, hər iki penalti təmiz idi. İkinci epizodda rəqib mənə qarşı kobud oynamışdı. Orada yüz faiz penalti var idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30