28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cəmşid Məhərrəmov: “Haqsızlığın qurbanı olduq” (Müsahibə)

“Bakı” klubunun yarımmüdafiəçisi Cəmşid Məhərrəmovun müsahibəsi

- Əvvəlcə Premyer Liqamızın 12-ci turunda “Qarabağ”a məğıub olduğunuz (2:4) oyun haqda fikirlərini bilmək istərdik.

- Rəqibimizin hansı komanda olduğunu yaxşı başa düşürdük. Buna görə də çox ciddi hazırlaşmışdıq. Oyun gərgin oldu. Komandamız yaxşı təsir bağışladı. Ancaq bəzi haqsızlıqlar məğlubiyyətimizə səbəb oldu.

- Hakim səhvlərinə görə uduzdunuz?

- Demirəm ki, sırf hakimin qərarları bizi uduzdurdu. Ancaq hesab başqa cür ola bilərdi. İnanın ki, “Qarabağ”ın üçüncü qolu bizi tamamilə ruhdan saldı. Haqsızlıq görəndə insan həddindən artıq əsəbi olur. Belə vəziyyətdə isə oynamq mümkün deyil.

- Konkret olaraq hakimin hansı qərarı ilə razşılaşmırsınız?

- Rəqibin üçüncü qolu sayılmamlı idi. Çünki qol epizodundan əvvəl “Qarabağ”ın hücumçusu Emeqara futbolçumuzu dartırdı. Düz hakimin gözünün qarşısında futbolçumuzu yıxdı. Baş hakimin bunu görməməsi mənə çox qəribə gəldi. Haqsızlığın qurbanı olduq.

- Baş məşqçiniz İbrahim uzunca oyundan sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, “Qarabağ” kimi komandaya hakimin köməkliyi lazım deyil. Sən necə düşünürsən, hakim həmin görüşdə qərəzli idi?

- Baş məşqçimiz düz deyir. “Qarabağ”a kömək lazım deyil. Çünki “Qarabağ” hazırda Azərbaycanın adını ucaldan bir komandadır. “Dnepr” kimi bir komandaya səfər qalib gəliblər. İnanıram ki, qrup mərhələsinin növbəti oyunarında uğurlu nəticə qazanıb, “pley-off”a yüksələcəklər. Mən deyə bilmərəm ki, hakim “Qarabağ”a kömək etdi. Səhv etməyən insan yoxdur. İnanıram ki, Orxan Məmmədov qərəzli addım atmayıb. Sadəcə, qeyd etdiyim mübahisəli epizod hakimin gözü önündə olduğu üçün bizə pis təsir etdi.

- “Araz Naxçıvan” çempionatdan çəkildikdən sonra güclülər dəstəsini heç bir komandanın tərk etməyəcəyi dəqiqələşdi. Bu, komandanızda arxayınlıq yaratmadı ki? Nəzərə alaq ki, “Bakı” bu mövsüm çempionatda qalmaq üçün mübarizə aparır.

- Kimlərsə düşünə bilər ki, bizim əsas məqsədimiz çempionatda qalmaqdır. Ancaq iddamız daha böyükdür. Tədricən oyunumuz daha yaxşı alınır. Komandada inkişaf hiss olunur. İnanın ki, bizim məqsədimiz tək çempionatda qalmaq yox, həm də yüksək yerlərdən birini tutmaqdır. Çalışırıq ki, mövsümü yaxşı yerdə tamamlayaq. Oyunlarımızda inkişaf hiss olunur. Bizim elə gəc futbolçularımız var ki, onların sayəsində növbəti mövsümdə daha yüksək yerlər uğrunda oynaya bilərik. Çempionatda istənilən rəqiblə başabaş mübarizə apara və qələbə qazana bilərik.

- “Bakı” bu mövsüm az qol vurmaqla yanaşı həm də ən çox qol buraxan komandadır. Təcrübəli futbolçu kimi heyətdə hansı çatışmazlıqların olduğunu deyə bilərsən?

- Biz “İnter” və “Xəzər Lənkəran”la oyunlarda acı məğlubiyyətlərlə üzləşdik. Demək olar ki, qolların yarısını həmin iki oyunda buraxmışıq. Deməzdim ki, bu işdə  müdafiəçilərimiz günahkardır. Ümumi komanda şəklində zəif təsir bağışlamışıq. Heyətimizə gəldikdə isə bütün komandalar kimi bizim də qışda güclənməyə ehtiyacımız var. Bunları baş məşqçi daha yaxşı bilir. Yəqin ki, lazım olan transferlər ediləcək.

 


Mənbə: Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31