20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Səlahət Ağayev 535-də dayandı

"Xəzər Lənkəran”la Azərbaycan Premyer Liqasının XII turunun oyununda qarşılaşan Bakının “İnter” klubu 4 seriyaya son qoyub. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub etmişdi. 62 gündən sonra qalib gələn Kaxaber Tsxadadzenin yetirmələri son 4 qarşılaşmanı qolsuz bitirmişdi. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı oldu.

Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilmədi. Beləliklə 535 “quru” dəqiqə  keçirən qolkiper mövsümün rekorduna imza atdı.

Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30